2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
SEÇMƏ

Abid Qafarovun işi yenidən apelyasiya məhkəməsinə qaytarılıb

Yayımlandı: 16 Fevral 2023 13:27

Vəkil: “Abid bəyin əsassız və qanunsuz həbsdə qalmaq müddəti süni şəkildə uzadılır”

“Bakı Birlik Təşkilatı” İctimai Birliyinin həbsdə olan sədri, “Youtube”dakı “KimTV” kanalının aparıcısı Abid Qafarovun 1 il azadlıqdan məhrum edilməsinə dair hökmü qüvvədə saxlayan apelyasiya məhkəməsinin qərarını Ali Məhkəmə ləğv edib. Bu qərar yenidən araşdırılması üçün Bakı Apelyasiya Məhkəməsinə qaytarılıb. Bu barədə Ali Məhkəmə fevralın 16-da qərar qəbul edib.

Saytların yığılması Saytlarin yigilmasi

“Abid Qafarovun kassasiya şikayəti təmin edilərək, iş yenidən apelyasiya baxışına qaytarıldı. Yeni qərar gözləyirdik, olmadı…”, – onun vəkili Aqil Layıc bildirib.

Vəkil Ali Məhkəməyə kassasiya şikayətində Abid Qafarovun təqsirsiz olduğunu göstərmiş, onun barəsində cinayət işinə bəraətverici əsaslarla xitam verilməsini istəmişdi. İşin geri qaytarılması isə o deməkdir ki, Bakı Apelyasiya Məhkəməsi bu işə təkrar baxmalı, yeni qərar qəbul etməlidir. O vaxta qədər isə Abid Qafarov həbsdə qalacaq.

“Beləliklə, Abid bəyin əsassız və qanunsuz həbsdə qalmaq müddəti süni şəkildə uzadılır”, – vəkili əlavə edib.
İyulun 13-də Yasamal Rayon Məhkəməsində hakim Rauf Daşdəmirovun sədrliyilə çıxarılan hökmə əsasən, Abid Qafarov Cinayət Məcəlləsinin 147 (böhtan) və 148-ci (təhqir) maddələrilə təqsirli bilinib. Hər bir maddə üzrə ona 6 ay həbs cəzası təyin edilib.

Abid Qafarova qarşı məhkəmədə xüsusi ittiham qaydasında iddia qaldıran 7 nəfər müharibə veteranından 4-ü sonradan şikayətini geri götürüb. Digərləri isə ərizədə iddia edib ki, Abid Qafarov qaziləri təhqir edib, onları “müti” adlandırıb.

Abid Qafarov isə bu iddianı əsassız sayır. O, həbsindən öncə məhkəmənin binası qarşısında jurnalistlərə açıqlamasında bildirib ki, çıxışında qaziləri təhqir etməyib, kimsənin adını çəkməyib. Əksinə, müharibə iştirakçılarının hüquqlarının pozulmamasıyla bağlı istəyini dilə gətirib. O hesab edir ki, Tərtər hadisələrilə bağlı araşdırmalarına görə cəzalandırılır və bu məqsədlə qazilərdən istifadə olunur: “Bunu edənlər də Tərtər cinayətlərində əli olan məmurlardır”.

Meydan TV

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button