2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Cəmiyyət

Abid Şərifov Bayraq meydanında bayraq dirəyinin sökülməsindən danışdı

“Bayraq meydanında bayraq dirəyinin sökülməsi küləyə davamlılıqda nöqsanların üzə çıxması ilə bağlı olub”.

Bayraq meydanında dirəyin sökülməsinə səbəbin dirəyin daha hündürü ilə əvəz olunacağı barədə məlumat yayılsa da, Abid Şərifov söküntünün başqa səbəbdən olduğunu deyib.

Abid Şərifov bu barədə mətbuata açıqlamasında bildirib ki, bayrağın dirəyi hazırlanarkən zavodda bəzi pozuntulara yol verilib.

A. Şərifovun sözlərinə görə, yəqin ki, bayraq dirəyi zavodda hazırlanarkən küləyə davamlılıqla bağlı müəyyən nöqsana yol verilib: “Buna görə də xarici ekspertlər də dəvət olundu və bayraq dirəyi söküldü. Bu məsələ ilə başqaları məşğul olduğundan sonrakı məsələlər barədə məlumatsızam”.

Saytların yığılması Saytlarin yigilmasi

Qeyd edək ki, Bakıda Dövlət Bayrağı Meydanının yaradılması barədə sərəncam 2003-cü il oktyabırın 5-də imzalanıb. Eyni zamanda, Dövlət Bayrağı Gününün təsis edilməsi haqqında sərəncam imzalanıb. Dövlət Bayrağı Meydanının təməli 2007-ci il dekabrın 30-da Bakının Bayıl qəsəbəsində – Hərbi Dəniz Qüvvələrinin bazası yaxınlığında İlham Əliyevin iştirakı ilə qoyulub.

2009-cu ilin oktyabr ayında İlham Əliyev “Bakı şəhərində yerləşən Dövlət Bayrağı meydanında tikinti-quraşdırma və abadlaşdırma işlərinin sürətləndirilməsi üçün əlavə tədbirlər” haqqında sərəncam imzaladı. Meydanda tikinti-quraşdırma və abadlaşdırma işlərinin sürətləndirilməsi üçün Azərbaycan Respublikasının 2009-cu il üçün dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin Ehtiyat Fondundan Bakı Şəhər İcra Hakimiyyətinə 10 mln. manat əlavə vəsait ayrıldı.

Bastainfo.com

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button