2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
ÖLKƏDünya

Abramoviç Chelsea klubunu satıb xeyriyyə fondu yaradacaq

O bildirib ki, bu satışdan əldə etdiyi vəsaitlə “Ukraynadakı müharibənin bütün qurbanları” üçün xeyriyyə fondu təsis edəcək

Saytların yığılması Saytlarin yigilmasi

Rusiyalı biznesmen Roman Abramoviç deyib ki, İngiltərənin Premyer Liqasında oynayan Chelsea futbol klubunu satmaq qərarına gəlib.

O bildirib ki, bu satışdan əldə etdiyi vəsaitlə “Ukraynadakı müharibənin bütün qurbanları” üçün xeyriyyə fondu təsis edəcək.

Abramoviçin bəyanatı klubun rəsmi internet saytında dərc olunub.

Bəyanatda deyilir:

“Hazırkı vəziyyətdə klubu satmaq qərarını ona görə qəbul etmişəm ki, bu, klubun, onun azarkeşlərinin, işçilərinin, eləcə də sponsor və partnyorlarının marağındadır”.

Abramoviç bildirib ki, o kluba verdiyi kreditlər üçün ödəniş istəməyəcək və sözü gedən satış sürətli olmayacaq.

Biznesmen ötən həftə gözlənilmədən Chelsea klubunun rəhbərliyini xeyriyyə fondu hamilərinin şurasına verdiyini bildirmişdi.

Klubun ondan alınmasına çağırış edilmişdi

Bu klubu 2003-cü ildə almış rusiyalı milyarder bu hərəkəti fevralın 26-da, Britaniya parlamentinin bir üzvü Rusiyanın Ukraynaya hücumu ilə bağlı klubun ondan alınmasına çağırış etdikdən sonra atmışdı.

Abramoviç onda bildirmişdi ki, klubun sahibliyini özündə saxlayır və onun yalnız idarəçiliyini xeyriyyə fonduna verir.

Amma indi isə o deyir ki, köməkçilərinə klubun satışından gələcək pulun köçürülməsi üçün xeyriyyə fondunun yaradılmasını tapşırıb.

Bəyanatda deyilir ki, bu xeyriyyə fondu “Ukrayna müharibəsinin bütün qurbanları” üçün yaradılır.

Abramoviç bu qərarın onun üçün “ağrılı” oldiğunu bidlirib.

24 saat” “
Abramoviç Chelsea klubunu satıb xeyriyyə fondu yaradacaq
” başlıqlı yazını “AzadliqRadiosu”na istinadən dərc edib

Xeberler

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button