Loading...
Loading...
Xəbərlər

"Abrau-Dyurso" şirkətlər qrupu Azərbaycan şərabçılıq zavodu alır

Moskva/28.12.21 “Abrau-Dyurso” şirkətlər qrupu Azərbaycanda şərab istehsalı zavodunu alır.

TASS agentliyinin məlumatına görə, bu barədə şirkətin məlumatında deyilir.

“Onun törəmə müəssisəsi olan “AzAbrau” MMC-nin təmsil etdiyi “Abrau-Dyurso” şirkətlər qrupu Azərbaycanın Şəki rayonunda illik 2,6 milyon şüşə istehsal gücünə malik “Şəki Şərab” şərab zavodunun satın alınması üzrə özəlləşdirmə tenderinin qalibi olub”, – deyə şirkətin məlumatında bildirilir.

Müsabiqə komitəsi müəssisənin inkişafına 2,3 milyon avrodan çox sərmayə qoyacaq “Abrau-Dyurso”nun investisiya proqramını bəyənib.

Şəki Şərab” 2008-ci ildə açılıb və müasir Avropa avadanlıqlarına malikdir.

“Abrau-Dyurso” Azərbaycanda elit və desert şərabları istehsal etməyi planlaşdırır.

“İndi Azərbaycanda istehsalı genişləndirmək üçün kifayət qədər xammal var. Ölkə rəhbərliyi yerli şərabın beynəlxalq bazara çıxmasında maraqlıdır və şərabçılara hərtərəfli dəstək göstərir. Azərbaycanda şərabçılığın inkişafı üzrə Dövlət Proqramının icrası 2025-ci ilə qədər yerli şərabın ixracının beş dəfə artırılmasını nəzərdə tutur”, – deyə məlumatda bildirilir. 

“Abrau-Dyurso” Şəkidə istehsal olunan şərablarını ilk növbədə Rusiyaya ixrac etməyi planlaşdırır.

* “Abrau Dyurso” şirkəti rusiyalı siyasətçi və sahibkar Bris Titova məxsusdur. 2012-ci ildən Rusiya Prezidenti yanında Sahibkarların Hüquqlarının Müdafiəsi üzrə Müvəkkilidir.

** “Şəki Şərab” MMC-nin nizamnamə kapitalı 4,5 milyon manat təşkil edib.

2021-ci il oktyabrın 29-da dövlət başçısı “Azərbaycan Sənaye Korporasiyası” ASC-nin balansında olan 7 müəssisənin özəlləşdirilməsi haqqında fərman imzalayıb.

Onların arasında Şəkidəki şərab zavodu da var.

Şəki Şərab Zavodu 2006-cı ildə Çələbixan qəsəbəsində yaradılıb.

Onun istehsal gücü 200 min dekalitr şərabdır. -02D-

 

Turan

“24 saat”

Gözdən qaçırmayın:  Ukrayna şərtləri açıqladı

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button