Now Reading:
ABŞ ən yeni qırıcı-bombardmançılarını Avropaya göndərir

ABŞ ən yeni qırıcı-bombardmançılarını Avropaya göndərir

ABŞ yeni “F-35A Lightning II” tipli qırıcı-bombardmançı təyyarələrini Avropaya göndərəcək. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Pentaqonun məlumatında bildirilir.

“ABŞ Hərbi-Hava Qüvvələri Avropada keçiriləcək təlimlərə məhdud sayda “F-35A Lightning II” təyyarələri göndərəcək. Təyyarələr ABŞ və NATO-nun digər təyyarələri ilə bir neçə həftə təlimlərdə iştirak edəcək”, – deyə məlumatda bildirilir.

Təyyarələr göndərilməsi avropalı müttəfiqlərə zəmanət proqramı çərçivəsində həyata keçiriləcək. Bu proqram “Rusiyanın təcavüzkarlığı” ilə mübarizə aparmaq təşəbbüsü ilə çıxış etmiş Barak Obama administrasiyası tərəfindən irəli sürülüb.

“F-35” təyyarələri 2020-ci illərin əvvəllərindən etibarən Avropada daimi əsasda yerləşdiriləcəklər.

Vaşinqton bir neçə ildən sonra İŞİD-lə mübarizə çərçivəsində Yaxın Şərqdə də “F-35” təyyarələrini yerləşdirmək niyyətindədir.

24saat.org

Mənbə – azadliq.info

SİZ DƏ FİKRİNİZİ YAZIN

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

24saat.org@gmail.com
Çəkdiyiniz videoları bu ünvana yollamaqla bizimlə əməkdaşlıq edə bilərsiniz! Telefon - 055 239-48-36
Input your search keywords and press Enter.