2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Siyasət

ABŞ Ədliyyə Nazirliyindən SOCAR-ın lobbiçisinə ittiham

ABŞ Ədliyyə Nazirliyi Amerika və Avrasiya Türk Şurasının keçmiş rəhbəri Kemal Öksüzü 2013-cü ildə konqresmenlərin Azərbaycana səfərinin maliyyələşdirilməsi faktını gizlətməkdə rəsmən ittiham edib.

Texasda qeyri-hökumət təşkilatının rəhbəri olan K.Öksüz konqresmenlərin Azərbaycana səfərinin bu ölkə hökuməti tərəfindən maliyyələşdirilməsi faktını bilərəkdən gizlədib.

Bu barədə ABŞ Ədliyyə Nazirliyinin saytında dərc edilən məlumatında deyilir.

Eyni zamanda Virciniya ştatında Arlinqtonda yaşayan Kevin Öksüz kimi tanınan 48 yaşlı Kemal Öksüz konqresmenlərin Azərbaycana səfərindən öncə və sonra ABŞ Nümayəndələr Palatasının Etika Komitəsinə yalan söyləyib.

Saytların yığılması Saytlarin yigilmasi

İttiham aktına görə, K.Öksüz konqresmenlərin Azərbaycana səfərinin onun təşkilatı tərəfindən maliyyələşdirildiyini və xarici mənbələrdən maliyyə vəsaiti almadığını deməklə yalan söyləyib.

“Bununla da o, səfərin tamamilə dövlətə məxsus olan Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) vəsaiti hesabına maliyyələşdirilməsi sxemini qurub”.

İttiham aktına görə, K.Öksüz mühüm faktları Etika Komitəsindən gizlətmək üçün saxtalaşdırma sxeminin hazırlayıb və dörd dəfə Konqresə yalan bəyanat verib.

Onun həbsinə order bu ilin əvvəlində verilib. Lakin o gizlənib və bu yaxınlarda Ermənistan hakimiyyəti tərəfindən saxlanılıb, məlumatda deyilir.

Əlavə edək ki, Ermənistan hakimiyyəti K.Ökzüsü ABŞ-a vermək niyyətində olduğunu bildirib.

 

Turan

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button