Now Reading:
ABŞ 60 rusiyalı diplomatın qovulmasına qərar verdi

Onların arasında Rusiyanın BMT-dəki nümayəndəliyinin 12 üzvü də var

Birləşmiş Ştatlar ölkədən 60 Rusiya diplomatının qovulması və Sietl şəhərində yerləşən konsulluğun bağlanması haqqında qərar qəbul edib. Bu haqda The Washington Post qəzeti xəbər yayıb.

Tramp administrasiyası bu addımı Rusiyanın keçmiş QRU polkovniki Serqey Skripal və onun qızının Böyük Britaniyada kimyəvi maddə ilə zəhərləməsinə cavab olaraq atıb.

Xəbərdə qeyd edilir ki, Tramp administrasiyasının nümayəndəsi ABŞ-da Rusiyanın çoxlu sayda xüsusi xidmət orqanı nümayəndəsinin fəaliyyət göstərdiyi və onların diplomatik pasport arxasında gizləndiyi haqqında açıqlama yayıb.

ABŞ-dan qovulan diplomatların arasında Rusiyanın BMT-dəki nümayəndəliyinin 12 üzvü də var.

Həmin diplomatların ABŞ ərazisini tərk etməsi üçün bir həftə vaxt verilib.

Bu gün həmçinin Ukrayna 12 Rusiya diplomatının Kiyevdən qovulmasına qərar verib. (Basta)

SİZ DƏ FİKRİNİZİ YAZIN

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

24saat.org@gmail.com
Çəkdiyiniz videoları bu ünvana yollamaqla bizimlə əməkdaşlıq edə bilərsiniz! Telefon - 055 239-48-36
Input your search keywords and press Enter.