2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
ÖLKƏ

ABŞ Aeroflotun 113 əməkdaşının vizalarını ləğv edir


ABŞ-da Nyu York ştatının şərq dairəsinin prokurorluğu Rusiya vətəndaşları olduqları güman edilən 10 nəfərə qarşı elektronika mallarının oğurluğuna görə ittiham irəli sürüb.

Müstəntiqlər bildirirlər ki, Apple cihazlarının oğurlanmasında Rusiyanın Aeroflot şirkətinin əməkdaşlarından istifadə olunub.

Məhz buna görə də bu şirkətin 113 əməkdaşının ABŞ vizaları ləğv edilib.

Saytların yığılması Saytlarin yigilmasi

İttiham olunanlardan səkkizi həbs edilib, daha iki nəfər axtarışa verilib.

İstintaq tərəfi iddia edir ki, onlar ABŞ-dan Rusiyaya 50 milyon dollarlıq elektronikanın oğurlanmasını təşkil ediblər.

 

Planşetlər, Apple saatları…

Burada söhbət əsas etibarilə planşet kompüterlərindən, telefon və Apple saatlarından gedir.

Bu da qeyd olunur ki, bu malları Aeroflotun keçmiş və indiki işçilərinin baqajlarında daşıyırdılar.

Bu faktla bağlı ABŞ Dövlət Departamenti Aeroflot əməkdaşlarından təxminən 113-nün vizalarını ləğv edib.

Aeroflot şirkəti hələki bu xəbərlə bağlı heç bir şərh verməyib.

TASS xəbər agentliyi bildirir ki, Rusiyanın Nyu Yorkdakı baş konsulluğu cinayət işi barədə informasiyanı araşdırır.

Bu arada xəbər verilir ki, bu yaxınlarda Aeroflotun Nyu York-Moskva reysinin uçuşu bir saatadək ləngidilib.

Qeyd olunur ki, Federal Təhqiqatlar Bürosunun xəfiyyələri rusiyalıların baqajlarını yoxlayırdılar.

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button