2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
ÖLKƏ

ABŞ Almaniyadan çıxarılan qoşunlarını Polşada yerləşdirə bilər


Polşa prezidenti Andrzej Duda iyunun 24-də, koronavirus pandemiyasının qlobal karantinə səbəb olduğu vaxtdan bəri Ağ Evdə prezident Donald Trump-ın qəbul etdiyi ilk xarici lider olub.

Reuters agentliyinin verdiyi xəbərə görə iki lider müdafiə sahəsində əməkdaşlığa dair saziş imzalamağa hazırlaşdıqlarını bildirib.

Sözü gedən müdafiə sazişinə əsasən Polşaya daha çox ABŞ hərbçisi göndərilməlidir.

Saytların yığılması Saytlarin yigilmasi

Beləliklə, iki NATO müttəfiqi Rusiyanın mümkün təcavüzü qarşısına sipər çəkməyə çalışırlar.

Ağ Evdə Duda ilə birlikdə keçirdiyi mətbuat konfransında Trump deyib ki, bu addım “Rusiya üçün çox güclü mesaj” olacaq.

ABŞ prezidenti bu mətbuat konfransında başqa Avropa hökumətlərini Rusiyadan enerji daşıyıcıları almasına görə sərt tənqid edib.

Reuters xəbər verir ki, iki lider bundan sonra söhbəti Oval ofisdə davam etdiriblər.

 

Almaniyanın tənqidi

Duda deyib ki, o iki ölkə arasında münasibətlərin növbəti addımlarının Ağ Evdə müzakirə edilməsindən şərəf duyur:

“Bugün biz növbəti mərhələyə qədəm qoyuruq. Beləki, bizim ölkəmizdəki ABŞ hərbçilərinin sayını artırmaq imkanı yaranıb”.

Trump bildirib ki, o Almaniyadakı hərbçiləri Polşaya keçirə bilər.

O bundan əvvəl Almaniyadakı ABŞ qoşunlarının ixtisar olunacağını bəyan etmişdi.

Trump ABŞ hərbçilərinin Almaniyada saxlanmasının baha başa gəldiyini bildirib və eyni zamanda Almaniyanı Rusiyadan enerji daşıyıcıları aldığına görə tənqid edib:

“Biz Almaniyadakı qoşunların sayını azaldacağıq. Hərbçilərin bir qismi vətənə qayıdacaq, digər qismi isə başqa yerlərə keçiriləcək. Lakin Polşa bu yerlərdən biri olacaq”.

ABŞ prezidenti Almaniyanı bir daha kəskin tənqid edib:

“Almaniya Rusiyadan enerji almaq üçün ona milyardlarla dollar pul ödəyir. Boru vasitəsilə. Mənsə deyirəm ki, bu nə işdir belə? Siz Rusiyaya milyardlarla dollar xərcləyirsiniz, bizsə sizi Rusiyadan qorumalıyıq. Bir düşünün, bu çox pisdir”.

Vaşinqton Rusiya qazını Baltik dənizinin dibi ilə Almaniyaya nəql edəcək ŞimalAxını-2 kəmər layihəsinə qarşı çıxır.

Bu kəmər Rusiyadan birbaşa Almaniyaya vurulan qazın həcmlərini iki dəfə artıracaq, Ukrayna vasitəsilə nəql edilən qazın həcmini isə azaltmış olacaq.

 

Dudaya seçki dəstəyi?

Tənqidçilər Duda və Trump-ın məhz Polşada prezident seçkisi ərəfəsində görüşməsini pisləyirlər.

Onlar deyirlər ki, bundan məqsəd sağ təmayüllü Dudanın qələbə imkanlarını artırmaqdır.

Son həftələrin rəy sorğuları Dudanın reytinqinin düşdüyünü göstərir.

Özünün mühafizəkar elektoratına güvənən Duda seçki kampaniyasında lesbian, gey, biseksual və transgender “ideologiyasını” pisləyir, ailələrə və pensiyaçılara isə yeni sosial təminat proqramları vəd edir.

Agentliyin qənaətinə görə Dudanın nöqteyi-nəzərindən bu səfər həm də onun bu bazar günü keçiriləcək prezident seçkisi ərəfəsində şanslarının artmasına kömək etməlidir.

Bu da qeyd olunur ki, Polşanın millətçi lideri Trump-ın üstünlük verdiyi xarici partnyorlardan biridir. Bu iki lider indiyədək azı beş dəfə üzbəüz görüşüblər.

 

ABŞ Polşaya hansı qüvvələri göndərəcək?

Reuters bildirir ki, ABŞ ordusu hərbçilərin Polşada yerləşdirilməsi məqsədilə artıq müəyyən tədbirlər görüb.

Polşa mediası yazır ki, Trump Polşaya vəd etdiyi 1000 əsgərin əvəzinə 2000 əsgər göndərə bilər.

Bu əlavə qüvvələrə Kentukidəki ABŞ ordusu 5-ci korpusu hərbçilərinin, habelə Almaniyadan köçürüləcək F-16 qırıcılarınn da daxil olacağı bildirilir.

Hərbi dairələrə yaxın mənbələrdən Reuters agentliyinə bildirilib ki, 5-ci korpusun Polşaya göndərilməsi hazırda müzakirə olunur və ABŞ Polşaya min əsgərdən daha böyük qüvvə göndərməyi planlaşdırır.

Trump bunu da bəyan edib ki, Vaşinqton və Varşava Polşada müştərək nüvə stansiyası tikilməsi layihəsini müzakirə edirlər.

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button