Now Reading:
ABŞ Azərbaycanda növbədənkənar seçkilərə nə dedi?!…

Bakıda səfərdə olan amerikalı diplomat, dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə müavininin müşaviri Bricet Brink keçirdiyi brifinqdə Azərbaycanda növbədənkənar prezident seçkilərinin təyin edilməsinə münasibət bildirib.

“Seçkilərlə bağlı Azərbaycana tövsiyəmiz ondan ibarətdir ki, seçkilər ölkə Konstitusiyasına və beynəlxalq öhdəliklərə uyğun olaraq azad və ədalətli keçirilsin”-xanım Brink jurnalistlərin suallarına cavab olaraq deyib.

“ABŞ demokratik prosesləri, insanların sərbəst toplaşması, fikirlərini azad ifadə edə biləcəyi, azad medianın olduğu mühiti dəstəkləyir”, – diplomat əlavə edib.

Bricet Brink deyib ki, Bakıdakı təmasları zamanı “Azadlıq” radiosunun bağlanması məsələsini də müzakirə edib. “Mən bu müzakirələrin nəticələri barədə ABŞ-a qayıdarkən məruzə edəcəyəm”-o deyib.

B. Brink “Azadlıq” radiosunun bağlanmasının Azərbaycan mediasına təsiri barədə suala cavab vermək istəməyib.

Diplomat bildirib: “Mən Azadlıq” radiosunun bağlanmasının Azərbaycan mediasına təsirini deyə biləcək şəxs deyiləm. Lakin mediada fərqli mövqelərin mövcudluğu etibarlı xəbərin əldə edilməsinə şərait yaradır. Bu, ümumi işin vacib hissəsidir. ABŞ hökumətinin uzunmüddətli mövqeyi ondan ibarətdir ki, insan haqları və fundamental dəyərlərə hörmət edilməsini ikitərəfli əlaqələrin vacib elementi hesab edirik”.

Amerika rəsmisi deyib ki, insan haqları, korrupsiyaya qarşı mübarizə və qanunun aliliyinin təmin edilməsi Azərbaycanda biznes mühiti və sabitliyin təmin edilməsi baxımından vacibdir. “Prezident Donald Trampın da dediyi kimi, ABŞ-ın ən sıx əlaqələri dəyərlərimizi və maraqlarımızı bölüşən ölkələrlədir. Bu məqamlar ikitərəfli münasibətlərimizin dərinləşdirilməsinin vacib hissəsidir. Hesab edirəm ki, hər iki tərəf bu məqsədləri bölüşür”, – Brink vurğulayıb. (İnformasiya agentliklərinin xəbərləri əsasında)

SİZ DƏ FİKRİNİZİ YAZIN

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

24saat.org@gmail.com
Çəkdiyiniz videoları bu ünvana yollamaqla bizimlə əməkdaşlıq edə bilərsiniz! Telefon - 055 239-48-36
Input your search keywords and press Enter.