2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
SEÇMƏ

ABŞ-Azərbaycan münasibətlərində “top Bakının tərəfindədir”

***

-Ələkbər bəy, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin mayın 20-də videoformatda keçirdiyi “Cənubi Qafqaz: Regional inkişaf və əməkdaşlıq perspektivləri” adlı müzakirələrdə Prezident İlham Əliyev AB Ş-a yönəlik bir sıra mesajlar səsləndirdi. Sizcə, bu mesajlarda nə vardı? Və bu mesajlardan hansını ABŞ gözləyirdi? Ümumilikdə götürsək, prezidentin dediklərində ABŞ-la bağlı hansı önəmli mesajlar var idi?

-Prezident Əliyevin məlum 20 May çıxışında, xüsusilə də ABŞ-a yönəlik mesajlarında “nə vardı” sualından daha çox “nə yox idi” sualı diqqəti çəkir. İlk növbədə prezidentin bəyanatlarında spesifiklik və ardıcıllıq yox idi….

Saytların yığılması Saytlarin yigilmasi

Cəmi ayyarım öncə cənab Əliyev Vaşinqtondan Yerevana edilmiş zənglərə eyham vuraraq, ABŞ-ı region ölkələrinə münasibətdə “balansı pozmaqda” ittiham etmişdi. Bu müddət ərzində Vaşinqtonla Bakı arasında da müəyyən təmaslar artıq baş tutub – prezident bunlardan həvəslə bəhs etdi. Hərçənd ki, əməkdaşlığın dairəsini sadalayarkən, cənab Əliyev yalnız sülhməramlı əməliyyatlar və enerjinin adını çəkdi, yerdə qalan – əslində heç də az önəmli olmayan mövzuları isə mücərrəd “bəzi başqa sahələr” kateqoriyasına daxil etdi.

Halbuki, prezidentin adlarını açıq sadaladığı sahələrdə ABŞ-ın iştirakı son illər nəzərə çarpacaq dərəcədə zəifləməkdədir, hətta bəzi hallarda bu, keçmişə boylanmağı tələb edir. Vaşinqtondakı yeni Administrasiya isə Azərbaycana münasibətdə irəliyə baxan siyasi kursa üstünlük verir…

-Prezidentin bütün çıxışı boyu dəfələrlə ABŞ-la eyni zamanda Ermənistanla əməkdaşlıq məsələsində ABŞ-ın vasitəçi rolunda çıxış edilməsi istəyindən söz açıldı. Ermənistan tutduğu azərbaycanfobiya mövqeyinə görə qınanıldı. Azərbaycanın əməkdaşlıqda istəkli olduğu vurğulandı. Bütün dünyanın diqqətinin Azərbaycan-Ermənistan sərhəddində baş verən proseslərə yönəldiyi bir vaxtda bu mesajların verilməsi sizcə, hansı məqsədi daşıyır?

-ABŞ-ın Qarabağ münaqişəsində vasitəçiliyini tənzimləyən beynəlxalq format bəllidir, bu ATƏT-in Minsk Qrupudur. Azərbaycan tərəfi isə, bu qurumdan heç nə gözləmədiyini dəfələrlə dilə gətirib. Eyni zamanda, təkcə son bir il ərzində Bakının ATƏT-dəki fəaliyyəti Qərb diplomatlarının təbirincə desək, pozuculuğa – əvvəlcə təşkilatın rəhbər postlarına seçimlər zamanı veto hüququndan yararlanmağa, son vaxtlar isə təşkilat daxilində vahid büdcə üzrə konsensusunun qarşısını almağa yönəlib. Başqa sözlə, Azərbaycan diplomatiyası bununla ABŞ-ın münasişədə vasitəçilik imkanlarını məhdudlaşdırmağa nail olub, əvəzində isə Rusiyanın iştirakı ilə regional alternativ 3+3 formatına diqqətini yönəldib, ondan isə Qərb imtina edir…

Prezident Əliyevin Qarabağ mövzusunda Vaşinqtona yönəlik əməkdaşlıq mesajları əlbəttə ki, diqqətçəkəndir, amma ilk növbədə nəzərə almaq lazımdır ki, top hazırda Azərbaycanın ərazisindədir və Bakının davranışlarını nəzər yetirdikdə, burada əməl və söz arasında nifaq aşkar hiss olunmaqdadır. Azərbaycan rəhbərliyi məşhur Amerika ifadəsində deyildiyi kimi, danışığı danışmaqdansa, yerişi yeriməlidir..

İlk növbədə, Bakıda rəsmilər ABŞ Dövlət Departamentinin son iki ay ərzində – sonuncu dəfə elə bu həftə – tərəfləri qeyd-şərtsiz Minsk Qrupu həmsədrlərinin himayəsi altında yüksək səviyyədə danışıqlara qayıtmq çağırışına konkret cavab səsləndirməlidirlər. Belə bir cavab hər halda, ictimaiyyətə məlum deyil.

İkincisi, həm Azərbaycan, həm də Ermənistan tərəfi münaqişə ərasizində hərbi iştirakına yaşıl işıq yandırdıqları Rusiyanın Minsk Qrupuna həmsədrliyinə aydınlıq gətirməlidirlər, belə ki, bu vəziyyət vasitəçi ölkələrin mandatı və roluna dair əvvəllər əldə olunmuş anlaşmanı pozub. Üstəlik, rus hərbçilərinin bölgədə mövcudluğu eləcə də sərhəddəki son gərginliklər ATƏT-in fəaliyyətdə olan sədrin şəxsi nümayəndəsinin prosesdə iştirakını da əngəlləyib, bu problem də həllini tapmalıdır.

Öz növbəsində, Vaşinqton isə ATƏT-in Minsk Qrupundakı təmsilçiliyini Dövlət Departamentinin karyera diplıomatı səviyyəsindən daha yüksəyə – ən azı Səfir səviyyəsinə qaldırmalıdır. Qarabağ münaqişəsində yaranmış yeni vəziyyət vasitəçilik institutunun həqiqi testdən keçirilməsini zəruriləşdirib. Amerikalılar demiş, “rezinin yolla görüşməsi” (“rubber meets the road”) məqamı artıq yetişib.

-Prezident həmçinin qeyd edib ki, Azərbaycan Ağ Evin yeni administrasiyası ilə yaxından işləyir. Sizdən Azərbaycanın ABŞ-ın yeni administrasiyası ilə işbirliyi barədə soruşmaq istərdim. Bu iş birliyi hansı formadadır? Prezident çıxışında enerji və təhlükəsizliklə bağlı ABŞ-la əməkdaşlıqdan danışsa da, bütün çıxışı boyu insan haqları və demokratiya barədə bir kəlmə də olsun demədi. Sizcə, bu da bir mesaj idimi? Və ya bu sahədə əməkdaşlığın olmaması ilə bağlı əvvəlcədən razılıq var?

–  Sualın sonundan başlamaq istərdim, belə ki, burada siz barmağınızı məsələnin tam üzərinə, məğzə qoydunuz…

Hiss olunur ki, Prezident Əliyev və ətrafındakılar ABŞ-la təmaslardan bəhs edərkən, “insan haqları” ifadəsini işlətməkdən çəkinirlər, halbuki son iki ay ərzində Bakıya edilən zənglərdə bu mövzu aparıcı yer tutub.Təkcə Dövlət Departamentinin aprelin 28-də dövlət katibi Blinkenin Əliyevlə danışığına dair açıqlamasına nəzər yetirmək kifayətdir: orada insan haqları və fundamental azadlıqlara hörmət mesajı hətta Minsk Qrupu mövzusundan da əvvəl sadalanıb. Halbuki, Azərbaycanın rəsmi təbliğat maşını Vaşintqonla təmaslara dair açıqlamalarda bu barədə bir heca belə işlətmir. Oxşar sentimenti prezident Əliyevin bəyanatlarında da hiss etmək mümkündür. Öz növbəsində Ağ Ev rəhbərliyi bu həftə Bakıya göndərdiyi təbrik məktubunda yenidən insan haqları və azadlıqların önəmindən bəhs edib.

Azərbaycan rəhbərliyi anlamalıdır ki, universal dəyərləri dilə gətirmək 21-ci əsrin heç bir ölkəsi üçün utancverici olmamalıdır, əksinə, bu barədə dialoqun mövcudluğu münasibətlərdə şəffaflığı və uzunmüddətliliyi təmin edərdi. Prezident Əliyev 20 may çıxışında ABŞ-la ticarət əməkdaşlığının önəmini də qeyd edib, hərçənd ki, Vaşinqtonda rəsmilər insan haqlarının kütləvi pozulduğu ölkələrlə ticari əlaqələri nəinki azaltmaq və kəsmək, hətta lazım gəldikdə, onlara qarşı sanksiyalar tətbiq etmək ideyası üzərində ciddi vaxt sərf edirlər.

Azərbaycan hakimiyyəti həqiqətən ölkəyə Qərb sərmayədarlarının marağını cəlb etmək istəyirsə, ilk növbədə “evin içi”ndə ifadə azadlığına, vətəndaş cəmyyətinin, medianın fəaliyyətinə şərait yaratmalı, müstəqil məhkəmə sistemini bərpa etməlidir. Bu, eləcə də Ağ Evin yeni rəhbərliyi ilə təmaslarda qarşılıqlı inamsızlıq mühitinin aradan qaldırılmasına kömək edərdi. Hər necə də olsa, istənilən Administrasiya irəliyə optimizmlə baxmaqda maraqlıdır. Beləliklə, Vaşinqtonun beynəlxalq təmaslarda insan haqları diplomatlarını ön cərgədə oturtduğu bir məqamda, Azərbaycan rəhbərliyinin fundamental azadlıqlardan açıq şəkildə bəhs etməyə başlaması – və bu yöndə dialoqlara açıqlığı – Qərblə əməkdaşlığın genişlənməsi üçün ilk addım oladı. Bütün səyahətlər isə ilk addımdan başlayır…

 

 

Mənbə
“24 saat”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button