2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Siyasət

ABŞ Azərbaycanda mətbuat azadlığının vəziyyətindən narahatdır

ATƏT Daimi Şurasının mayın 3-də Dünya Mətbuat Azadlığı Günü münasibətilə keçirilən iclasında ABŞ-ın bu təşkilatdakı missiya rəhbərinin müavini Michele Siders Azərbaycanda ifadə və mətbuat azadlığının məhdudlaşdırılmasından narahatlıq ifadə edib.

 

Siders-in Vyanadakı Daimi Şuraya təqdim etdiyi bəyanatda deyilir ki, ABŞ azad mətbuatın müdafiəsini və təbiliğini özünün mühüm vəzifəsi sayır.

Bəyanatda bildirilir ki, ABŞ azad mətbuat dəyərlərini demokratik idarəetmənin əsas amili hesab edir.

Saytların yığılması Saytlarin yigilmasi

Sənəddə təəssüflə qeyd olunur ki, bir çox ATƏT üzvləri jurnalistlərin fəaliyyəti üçün azad mühit yaratmaq vədlərinə əməl etməyiblər.

Bəyanatda deyilir ki, Azərbaycanda AzadlıqRadiosu və Azadlıq qəzeti, Azərbaycan saatı və Meydan TV kimi bir çox müstəqil xəbər qurumlarının saytlarının bloklanması Birləşmiş Ştatların dərin narahatlığına səbəb olub.

Michele Siders-in təqdim etdiyi sənəddə habelə Qazaxıstanda, Belarus və Tacikistanda mətbuat azadlığının kobud şəkildə pozulmasından və jurnalistlərin təqib edilməsindən söz açılır. (azadliq.org)

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button