2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Dünya

ABŞ AzadlıqRadiosu müxbirinin buraxılmasını alqışlayır

Hruzdziloviç həbsdən buraxılandan sonra həyat yoldaşı Mariana ilə birlikdə sentyabrın 21-də Litvaya gedib

Saytların yığılması Saytlarin yigilmasi

Birləşmiş Ştatlar AzadAvropa/AzadlıqRadiosunun müxbiri Aleh Hruzdziloviçin azadlığa buraxılmasını alqışlayıb. Belarus hakimiyyəti onun antihökumət etirazlarında iştirak etdiyini deyərək 18 aylıq həbs cəzası kəsmişdi. Əslində isə Hruzdziloviç nümayişləri akkreditəli jurnalist kimi işıqlandırmışdı.

Dövlət Departamentinin sözçüsü Ned Prays sentyabrın 25-də Hruzdziloviç və digər siyasi məhbusların buraxılmasını Belarus hakimiyyətinin “düzgün istiqamətdə addımı” adlandırıb, ancaq bunun davamının gəlməsini vacib saydığını deyib.

“Belarusda xeyli sayda siyasi məhbus həbsdədir. Bütün siyasi məhbusların dərhal və qeyd-şərtsiz buraxılmasına çağırırıq”, – Prays bəyanatında vurğulayıb.

Hruzdziloviç həbsdən buraxılandan sonra həyat yoldaşı Mariana ilə birlikdə sentyabrın 21-də Litvaya gedib.

AzadlıqRadiosunun Prezidenti Ceymi Flay jurnalistin həbsini “qanunsuz” adlandırmışdı, azadlığa buraxılmasını alqışlayıb. Hruzdziloviç 1990-cı illərdən AzadlıqRadiosunun insan haqları üzrə müxbiri kimi çalışıb.

“Aleh yanlış olaraq həbsdə yatdığı müddəti bir daha ailəsi ilə keçirə bilməyəcək, onun yenidən həyat yoldaşına və digər sevdiklərinə qoşulmasından hədsiz sevincliyəm”, – Flay vurğulayıb.

Flay AzadlıqRadiosunun həbsdə olan konsultantı və bloger İhar Losik və sərbəst müxbiri Andrey Kuzneçikin də “dərhal buraxılmasına” çağırıb.

Hruzdziloviç mayın əvvəlində məhkum edilib, ona 56 min rubl ($16,600) cərimə də kəsilib. Jurnalist 2020-ci il prezident seçkisinin nəticələrinə etiraz aksiyalarında iştirakda təqsirləndirilib. Həmin il avtoritar lider Alyaksandr Lukaşenkanın altıncı müddətə prezident elan olunmasına ölkə boyunca etirazlar amansızlıqla yatırdılıb.

Müxalifət və Qərb seçkinin saxtalaşdırıldığını, səsverməni müxalifətin namizədi Svetlana Tixanovskayanın qazandığını bildirir.

24 saat” “
ABŞ AzadlıqRadiosu müxbirinin buraxılmasını alqışlayır
” başlıqlı yazını “AzadliqRadiosu”na istinadən dərc edib

Xeberler

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button