2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
SEÇMƏ

ABŞ Bəxtiyar Hacıyevin tezliklə azadlığa buraxılması istəyir

Yayımlandı: 11 Fevral 2023 21:18

Prays bildirib ki, Vaşinqton Bakını siyasi motivlə həbs olunanların hamısını azad etməyə çağırır

“Biz azərbaycanlı fəal Bəxtiyar Hacıyevin ötən ilin dekabrından, Beynəlxalq İnsan Hüquqları Günündən bəri həbsdə qalmasından və onun siyasi motivli hesab olunan ittihamlarla üzləşməsindən dərin narahatıq”.

Saytların yığılması Saytlarin yigilmasi

Bunu fevralın 11-də ABŞ Dövlət Departamentin rəsmisi  Ned Prays deyib.

Prays bildirib ki, Birləşmiş Ştatlar cənab Hacıyevin tezliklə azad edilməsinə və əsas azadlıqlarından istifadə etdiklərinə görə həbs olunanların hamısının azad edilməsinə çağırır.

“ABŞ insan hüquqlarına hörməti təşviq etmək, insan haqları müdafiəçilərini dəstəkləmək və insan hüquqlarının pozulmasına yol verənləri məsuliyyətə cəlb etmək öhdəliyinə qətiyyətlə sadiqdir. Biz sistemli islahatlara, Azərbaycanda və dünyada insan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi ilə bağlı bütün addımları təşviq edirik”, – bu fikirlər isə Dövlət Departamentinin bəyanatında qeyd olunub.

Dekabrın 9-dan həbsdə olan Bəxtiyar Hacıyev Cinayət Məcəlləsinin 221.2.2 (ictimai qaydanın qorunması üzrə vəzifəni yerinə yetirən şəxsə qarşı müqavimət göstərməklə xuliqanlıq) və 289.1 (məhkəməyə hörmətsizlik) maddələrilə ittiham olunur.

Bu maddələrdə 3 ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.

Bəxtiyar Hacıyevə qarşı cinayət işində söhbət ictimai fəalla jurnalist Ülviyyə Alovlu arasında qalmaqaldan gedir.

Bəxtiyar Hacıyev uzun müddətdir ki, polisə şikayət edərək Ülviyyə Alovlunun cinayət məsuliyyətinə cəlb olunmasını tələb edirdi.

Bir müddət öncə sosial şəbəkələrdə Yasamal rayon Məhkəməsində Bəxtiyar Hacıyevlə Ülviyyə Alovlu arasında məhkəmə prosesi zamanı baş verənlərin videogörüntüsü yayılmışdı.

Həmin görüntülərdə Bəxtiyar Hacıyev əlindəki sənədləri masanın üstünə atır.

İddia olunur ki, ictimai fəal məhz buna görə xuliqanlıq və məhkəməyə hörmətsizlikdə ittiham edilir. Lakin Bəxtiyar Hacıyev Daxili İşlər naziri Vilayət Eyvazovun sifarişilə həbs olunduğunu iddia edir.

O, zaman-zaman sosial media hesablarında Vilayət Eyvazov və nazirliyin fəaliyyətini tənqid edirdi.

O, 2022-ci ilin aprelində naməlum şəxslər tərəfindən paytaxtın mərkəzində oğurlanaraq zorakılığa məruz qaldığını deyirdi.

Faktla bağlı cinayət işi başlansa da, bu günə qədər cinayəti törədən şəxslər tapılmayıb.

Meydan TV

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button