2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Xəbərlər

ABŞ Bakı və Yerevan arasında davam edən gərginlikdən narahatdır və iki ölkə arasında son əlaqələri alqışlayır

Vaşinqon/16.12.21 Çərşənbə günü Ağ Ev Ermənistan və Azərbaycan arasında davam edən gərginlikdən narahatlığını təsdiq edib və iki ölkə arasında son əlaqələri alqışlayıb, bu barədə Turan-ın Vaşinqtondakı müxbiri məlumat verib.

 

Prezident Baydenin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanla görüşdə ABŞ-ın “həm ikitərəfli əsaslarla, həm də Minsk Qrupunun həmsədri qismində etimad tədbirlərini və regional sülhü dəstəkləməyə” sadiq olduğunu qeyd edib, deyə ABŞ Milli Təhlükəsizlik Şurasının mətbuat katibi Emili Hornun bəyanatında deyilir.

Saytların yığılması Saytlarin yigilmasi

“Cənab Sallivan Birləşmiş Ştatların Ermənistanda və Cənubi Qafqaz regionunda sülh, təhlükəsizlik və firəvanlığa sadiq olduğunu bildirib”, deyə bəyanatda qeyd edilir.

 

“O, Azərbaycan və Ermənistan arasındakı münasibətlərdə davam edən gərginliklə bağlı narahatlığını bildirib və demarkasiya olunmamış sərhədlərin yaxınlığında hərbiçilərin yerdəyişməsinin məsuliyyətsiz və təxribat xarakterli addım olduğunu qeyd edib”.

 

Sallivan həmçinin Türkiyə və Ermənistanın normallaşma prosesinin müzakirəsi üçün xüsusi nümayəndələr təyin edəcəyi barədə dünənki xəbəri alqışlayıb. -25B-

 

Turan

“24 saat”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button