2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
SiyasətXəbərlər

ABŞ Bakı və Yerevanı danışıqlar masası arxasına oturtmağa çalışır

Bakı/04.09.21 “Hələ də bir çox məsələlər var ki, Azərbaycan və Ermənistan arasında tənzimlənməyib. Mən öncədən proqnoz verə bilmərəm ki, bu tənzimlənməmiş məsələlər necə həll olunacaq. Biz ABŞ olaraq tərəfləri bir araya gətirməyə çalışırıq ki, bu məsələlər ədalətli şəkildə bərabərhüquqlə şəkildə tənzimlənsin”, – ABŞ-ın Azərbaycandakı səfiri Li Litzenberqer jurnalistlərin suallarını cavablandırarkən deyib.

Səfir Birləşmiş Millətlər Təşkilatı Baş Assambleyasının 76-cı sessiyası çərçivəsində ABŞ dövlət katibinin müavini Viktoriya Nulandın Azərbaycan və Ermənistanın xarici işlər nazirlərilə görüşünə diqqəti yönəldib. 

Səfirin sözlərinə görə, ABŞ həm ATƏT-in Minsk Qrupu çərçivəsində, həm də birtərəfli formatda tərəfləri bir araya gətirib tənzimlənməmiş məsələlərin həllinə töhfə verir.

Saytların yığılması Saytlarin yigilmasi

Əsasən birtərəfli təşəbbüslər çərçivəsində Azərbaycanda saxlanılan şəxslərin qaytarılması və minalanmış ərazilərin  xəritələrinin verlməsi barədə razılığa gəlmək mümkün olub.

“Biz öz tərəfimizdən işləməyə və tərəflərə bu istiqamətdə kömək etməyə davam edəcəyik ki, regionun bütün sakinləri  dinc şəraitdə yaşaya bilsinlər. ABŞ Azərbaycanla Ermənistan arasında əməkdaşlığın yaradılması üçün imkanlar tapmağa çalışır”, – səfir deyib.16D06-

 

Mənbə
“24 saat”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button