2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
SEÇMƏ

ABŞ Bakı və Yerevanı gərginliyi azaltmağa çağırıb

Yayımlandı: 22 Mart 2023 11:49

“Biz heç bir zorakılıq istəmirik”

Martın 21-də ABŞ Azərbaycan və Ermənistanı “eskalasiyanı azaltmağa” çağırıb.

Saytların yığılması Saytlarin yigilmasi

Bu barədə “Turan”ın məlumatında deyilir.

Bütün tərəfləri gərginliyi azaltmağa çağırırıq. Biz heç bir zorakılıq istəmirik və tərəflərin gərginliyin azaldılması və zorakılığa son qoyulması üçün müvafiq addımlar atmasını istəyirik”, – ABŞ Milli Təhlükəsizlik Şurasının sözçüsü Con Kirbi jurnalistlərin  “Administrasiyanın davam edən münaqişə ilə bağlı mövqeyi nədir?” sualına cavabında belə deyib.

Ancaq Con Kirbi Qarabağ bölgəsində 2000 rus hərbçisinin olmasından ABŞ-ın narahat olub-olmaması ilə bağlı sualı şərh etməyib.

Dövlət Departamentinin mətbuat katibinin müavini Vedant Patel isə brifinqdə bildirib ki, dövlət katibi E.Blinken ABŞ-ın münaqişənin həllinə sadiqliyini bir daha təsdiqləyib.

“Turan”ın müxbiri Dövlət katibi E.Blinkenin prezident Əliyevlə söhbəti zamanı insan hüquqları ilə bağlı problemləri qaldırıb-qaldırmadığını da soruşub.

Con Kirbi. Mənbə: “justsecurity.org”

V.Patel isə danışıqların təfərrüatlarını bilmədiyini deyib:

Ancaq insan haqları bizim bütün tərəfdaşlarımızla, o cümlədən Cənubi Qafqazda mütəmadi olaraq qaldırdığımız bir məsələdir”.

Martın 21-də ABŞ-nın dövlət katibi Antoni Blinken ilə Azərbaycan Prezidenti İlham Əliyev telefonla danışıb.

Onların  Azərbaycanın Laçın-Xankəndi yolu ətrafındakı vəziyyəti müzakirə etdiyi bildirilir.

Dünən Azərbaycan Müdafiə Nazirliyi Qarabağ iqtisadi rayonunda müvəqqəti yerləşdirilən Rusiya sülhməramlı kontingentinin bölmələri tərəfindən qeyri-qanuni erməni silahlı dəstələrinə məxsus təminat maşınlarının müşayiət edilməsi növbəti dəfə müşahidə olunduğu haqda məlumat yayıb.

Xankəndi-Xəlfəli-Turşsu torpaq yolu istiqamətində Rusiya sülhməramlı kontingentinə məxsus 1 ədəd ZTR-82A döyüş maşını, ermənilərə məxsus 3 ədəd tentli URAL və üzərində yanacaq çəni olan KamAZ avtomobilinin, ümumilikdə beş hərbi nəqliyyat vasitəsinin kolonda hərəkəti texniki müşahidə vasitələrimiz tərəfindən qeydə alınıb”, – deyə nazirlik əlavə edib.

Müdafiə NazirliyiMüdafiə Nazirliyi
Foto: Müdafiə Nazirliyi

Rusiya Müdafiə Nazirliyi bu barədə hər hansı açıqlama yaymayıb.

2020-ci ilin sentyabrında Azərbaycan və Ermənistan silahlı qüvvələri arasında qarşıdurma başlayıb.

Ümumilikdə 44 gün sürən və İkinci Qarabağ müharibəsi adlandırılan münaqişədə hər iki tərəfdən 6 mindən artıq hərbçi həlak olub.

Azərbaycan Dağlıq Qarabağ bölgəsinin bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib.

Həmin ilin 10 noyabr bəyanatına (Azərbaycan, Ermənistan və Rusiya arasında imzalanıb) əsasən, döyüşlər dayandırılıb.

Bundan sonra Laçın dəhlizində və Qarabağda Rusiya sülhməramlıları yerləşdirilib.

İkinci Qarabağ müharibəsindən öncə, 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilib.

Münaqişə SSRİ dönəmindən Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları ilə başlayıb.

Meydan TV

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button