2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
SEÇMƏ

ABŞ Bakı və Yerevanı hərtərəfli sülhə çağırıb

Yayımlandı: 31 Avqust 2022 14:37

Vaşinqton Brüssel prosesini dəstəklədiyini açıqlayıb

Amerika Birləşmiş Ştatları (ABŞ) Cənubi Qafqaz üçün təhlükəsiz, sabit, demokratik, firavan və dinc gələcəyin təşviqinə sadiq qalır.

Saytların yığılması Saytlarin yigilmasi

Bunu avqustun 30-da Dövlət Departamentinin sözçüsünün müavini Vedant Patel brifinqdə deyib.

Bu barədə “Turan” məlumat yayıb.

Vedant Patel brifinq zamanı Əliyev və Paşinyan arasında Brüsseldə keçiriləcək görüşdən gözləntilərlə bağlı “Turan”ın sualına belə cavab verib: “Biz Ermənistan və Azərbaycanı diplomatik əlaqələri fəallaşdırmağa və hərtərəfli sülh sazişi əldə etməyə çağırırıq”.

Vaşinqton Ermənistan və Azərbaycan arasında birbaşa dialoqu asanlaşdırmaq üçün həmfikir tərəfdaşlarla ikitərəfli əməkdaşlıq edərək Brüssel prosesini dəstəklədiyini bildirib.

Ermənistan və Azərbaycan liderləri bu gün, avqustun 31-də Avropa Şurasının rəhbəri Şarl Mişelin vasitəçiliyi ilə görüşəcəklər.

Tərəflər sonuncu dəfə mayın 22-də görüşüblər.

Görüşdən bir gün sonra Şarl Mişel keçirdiyi mətbuat konfransında deyib ki, müzakirələr zamanı bütün məsələləri nəzərdən keçiriblər.

Elə həmin konfransda Şarl Mişel iyul-avqust aylarına qədər eyni formatda yenidən görüşəcəklərini də bildirmişdi.

22 may təması Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin tərəflərlə bu formatda üçüncü görüşü idi.

Xatırlatma

Ermənistanla Azərbaycan arasında sonuncu 44 günlük silahlı münaqişə 2020-ci il noyabrın 10-da qüvvəyə minmiş tam atəşkəs haqqında razılaşma ilə başa çatıb.

Dağlıq Qarabağ və ətraf bölgələrdəki münaqişənin tarixi isə 1988-ci ilə dayanır.

90-cı illərdə Azərbaycan-Ermənistan arasındakı ilk müharibə və sonrakı dövrlərdə Azərbaycan tərəf daim Ermənistanı mədəni abidələrin məhv edilməsində günahlandırıb.

2020-ci ildə baş verən ikinci müharibədən sonra isə Azərbaycan Ermənistanı şəhərləri, kəndləri, qəbristanlıqları yer üzündən silməkdə ittiham edib.

Meydan TV

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button