2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
GündəmSiyasət

ABŞ “BMT bacarmasa, Suriyada özünün hərəkət edəcəyini” deyib

Birləşmiş Ştatların BMT-dəki nümayəndəsi bəyan edib ki, əgər bu qurum Suriyada mülki əhali üzərinə kimyəvi hücumla bağlı hərəkət etməsə, Amerika “özü hərəkətə keçməyə məcbur ola bilər”.

ABŞ-ın BMT-dəki nümayəndəsi Nikki Haley Təhlükəsizlik Şurasının Suriyanı müzakirə edən iclasında deyib: “Əgər Birləşmiş Millətlər Təşkilatı kollektiv surətdə hərəkət etmək vəzifəsini davamlı şəkildə yerinə yetirə bilmirsə, dövlətlərin həyatında elə zamanlar da olur ki, biz öz hərəkətimizi etməyə məcbur oluruq”.

Saytların yığılması Saytlarin yigilmasi

Xanım Haley həmçinin deyib ki, Rusiya rəsmi Dəməşqi himayə etməsini dayandıranadək Bəşər əl-Əsəd kimyəvi silahlardan istifadəni dayandırmaq niyyətində olmayacaq.

Xan Şeyxun müsibəti

Suriyadakı Xan Şeyxun ərazisində iddia edilən kimyəvi hücum nəticəsində 70 nəfərin öldüyü xəbər verilib.

Dəməşq və Moskva bu hücumun arxasında olduqlarına dair ittihamları rədd ediblər.

Rusiyanın Müdafiə Nazirliyi bildirib ki, guya kimyəvi maddələr qiyamçıların cəbbəxanası hava zərbəsinə məruz qalanda ətrafa yayılıb.

Britaniya bu izahatı rədd etdikdən sonra insidentin müzakirəsi üçün təcili qaydada BMT TŞ-nin iclası çağırılıb.

Britaniya səfiri Matthew Rycroft deyib ki, qiyamçıların hücuma məruz qalanlarda belə simptomlar yaradan silahlara malik olduğunu göstərən heç bir dəlil yoxdur.

Britaniya, Fransa və Birləşmiş Ştatlar tərəfindən tərtib edilmiş qətnamə layihəsində Suriya hökuməti, sözü gedən hücum günündə helikopter eskadriliyasına komandirlik edənlərin adları da daxil tam informasiya verməyə məsul edilir.

Trump “görəcəksiniz” dedi

ABŞ kəşfiyyat rəsmilərinin hazırladığı qiymətləndirmədə deyilir ki, sözü gedən ölümlər böyük bir ehtimalla Suriya təyyarələrindən atılan sarin kimyəvi elementinin təsiri nəticəsində baş verib.

Rusiya bu qiymətləndirmənin saxta məlumatlara əsaslandığını deyir.

BMT Təhlükəszilik Şurasının iclasında Rusiyanı təmsil edən səfir əvəzi Vladimir Safronkov baş vermiş insidentin “obyektiv araşdırılmasını” tələb edib.

Bundan bir qədər əvvəl, aprelin 5-də Rusiyanın Xarici İşlər Nazirliyi ABŞ, Britaniya və Fransa tərəfindən tərtib olunmuş qətnaməni “qətiyyən qəbuledilməz” adlandırmışdı.

Bu arada prezident Donald Trump Ağ Evdə İordaniya kralı Abdullahla görüşündə bu hücumu “dəhşətli, ağlasığmaz” və “”insanlığın dəhşətli şəkildə alçaldılması” adlandırıb.

“ABŞ Suriyada həyata keçirilmiş kimyəvi hücumun ardınca bu ölkəyə dair siyasətini dəyişəcəkmi” sualına Donald Trump qısaca, “görəcəksiniz” cavabını verib.

24saat.org

Mənbə – azadliq.org

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button