2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Siyasət

ABŞ BMT İnsan hüquqları şurasına qayıtdı

BMT Baş Assambleyası səs çoxluğu ilə ABŞ-ın BMT İnsan hüquqları şurasına qayıtmasına səs verib.
“Radio Svoboda” xəbər verir ki, Birləşmiş Ştatlar şuranın yeni tərkibinə qəbul edilməsi barədə fevralın 24-də müraciət etmişdi.
“Biz BMT-nin bütün üzv dövlətlərindən Şuraya qayıtmaq cəhdimizi dəstəkləməyi acizanə xahiş edirik”, – deyə o zaman dövlət katibi Entoni Blinken demişdi.
Bununla belə qeyd olunub ki, Co Bayden administrasiyası Donald Tramp administrasiyasının şuranı 2018-ci ildə tərk edərkən səsləndirdiyi tənqidləri qismən bölüşür.
BMT İnsan hüquqları şurası Baş Assambleya tərəfindən seçilən 47 üzv-dövlətdən ibarətdir.
Hər bir üzvün səlahiyyət müddəti 3 ildir və heç biri iki müddətdən artıq seçilə bilməz.
Şurada yerlər regionlar üzrə bölüşülür.
13 yer Afrika üçün, 13 yer Asiya üçün, 6 yer Şərqi Avropa üçün, 8 yer Latın Amerikası və Karib hövzəsi ölkələri üçün, 7 yer isə Qərbi Avropa və başqa ölkələr üçün (ABŞ, Kanada və İsrail də daxil) nəzərdə tutulur.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button