2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
ÖLKƏ

ABŞ böyük yardım paketi ayırdı

ABŞ-ın Şimali Dakota Universitetinin azərbaycanlı müəllimi Fariz Hüseynli koronavirusla bağlı özünün feysbuk səhifəsində daha bir maraqlı material paylaşıb. 

ABŞ Prezidenti və Konqres dünən koronavirusla bağlı iki yardım paketi qəbul edilib. Paketlərin tərkibindəki əsas məsələləri paylaşıram. Kiçik və orta şirkətlərə maliyyə yardımı etmək üçün 1 milyard dollarlıq subsidiya krediti ayrılır. Bu kiçik şirkətlərə, kənd təsərrüfatı kooperativlərinə, akvakultur istehsalçılarına və nonprofitlərə maliyyə zərərlərini qarşılamaq üçün verilən kreditdir. Kiçik Biznes Administrasiyasına əlavə imkan verilir ki, 7 milyard dollara qədər kredit ayıra bilsin.

Saytların yığılması Saytlarin yigilmasi

Kiçik şirkətlərə işçiləri üçün ödəyəcəkləri ödənişli tibbi icazə və səhiyyə xidmətləri üçün çəkilən xərclərin əvəzini çıxacaq vergi krediti (geri ödəmə) verilir. Buna əsasən şirkətlər iş vaxtı koronavirus xəstəliyinə tutulmuş işçilərinin bəzi xərclərini ödəyərsə bu xərclər dövlət tərəfindən geri verilir. Hazırda bu vəsaitləri ödəyə bilməyən şirkətlər üçün Xəzinədən avanslar veriləcək. Tibbi xidmətlərin xərcini qarşılamaq üçün aztəminatlı ailələrə ayrılan səhiyyə xidməti xərclərinin federal hökümətin payına düşən hissəsi artırılıb.

Ayrı-ayrı ştatlara təxminən 1 milyard dollar ayrılır ki, artan işsizlik müavinətini ödəyə bilsinlər. 1.2 milyard dollarlıq xərc ayrılıb ki, koronavirus testi üçün xərcləri ödəsin. 500 milyon dollar ayrılır ki, xüsusi riskli qruplara (hamilə qadınlar və azyaşlı uşağı olan analara qida yardım edilsin) və uşaqlara pulsuz yemək verilsin. Aztəminatlı yaşlılar üçün də ayrıca 25 milyon yemək paketinin hazırlanması üçün vəsait ayrılıb. Yerli qıda banklarına (food bank – kasıblar üçün yemək verən QHT-lər) 400 milyon dollarlıq yardım paketi açıqlanıb. Məktəblərə şagirdlərin gəlib pulsuz vəya ucuz yemək alma imkanı üçün ayrıca fond ayrılıb. Məktəbi və bağçası bağlandığına görə evdə qalmalı olan valideynlər üçün müavinət ayrılıb.

Göründüyü kimi böhranın təsirinin böyük olacağını düşünərək dərhal addımlar atıblar. Çatışmayan bir cəhət var ki, bu paketlərdə böyük şirkətlərə bu tələblərin böyük hissəsi aid deyil. Bu barədə çox müzakirə getdi, bir tərəfdən deyildi ki, bu şirkətlərin 90 faizi özləri artıq verirlər bu yardımları öz hesablarına və dövlətin vəsaitini verməyə ehtiyac yoxdur. Digər tərəfdən böyük şirkətləri məcbur edəcək addımlar atmaq lazımdır deyənlər var idi. Amma görünür dərhal paketi qəbul etmək istəyirlər deyə bu müzakirələri kənara qoydular.

İndi üçüncü paket üzərində müzakirələr gedir ki, böyük şirkətlərə yardımı nəzərdə tutur. Əsas mübahisələr bu paket üzərində olacaq. Burada böhrandan təsir alan böyük şirkətlərə yardım nəzərdə tutulur – vergi endirimi, xilasetmə yardımı vəs. Bura hava yollarından tutmuş istehsalçı şirkətlər, turizm şirkətləri vəs. daxildir. Eyni zamanda FED korporativ borcları almağı nəzərdən tutur. Son zamanlarda külli miqdarda borc alan, öz səhmlərini geri alan şirkətlərə yardım ediləcəksə bu şirkətlərə moral hazard siqnalı göndərəcək deyə bu sahədə ucdan tutma hamıya yardım etmək olmaz. Hər halda demokratlarla respublikaçıların əsas müzakirəsi bu barədə gedəcək. Məncə sosial demokratlar üçün yaxşı fürsət yaranıb ki, şirkətlərin üzərində bəzi vacib şərtlər qoysunlar.

Bu məlumatları bizim konqresmenimizin mənə emaillə yazdığı özətdən götürmüşəm.

Şirkətlər üçün isə bu böhrandan çıxarılacaq ən böyük dərs isə qlobal tədarük zəncirini idarə etmək olacaq. Zavodun-fabrikin-şirkətin içində baş verənlərlə məşğul olmaqla bərabər qlobal tədarük zəncirindəki riskləri idarə etmək şirkətlərin və dövlətlərin ən böyük vəzifəsi olacaq. Bu barədə çalışacam ayrıca yazım.

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Back to top button