2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Dünya

ABŞ Çini Rusiyadan da böyük təhlükə kimi görür

Bu çıxışdan öncə Prezident Co Bayden Cənubi Koreya və Yaponiyaya səfəri zamanı deyib ki, Çin Tayvanı işğal edərsə, ABŞ Tayvana hərbi yardım göstərəcək

Saytların yığılması Saytlarin yigilmasi

ABŞ Dövlət katibi Antoni Blinken mayın 26-da Bayden administrasiyasının Çinlə bağlı siyasətindən danışıb. Məqsəd Rusiyanın Ukraynaya qarşı işğalına etiraz edən ölkələri, Vaşinqtonun mövqeyincə, daha ciddi təhdid yaradan Pekinə qarşı böyük koalisiyada birləşdirməkdir.

Blinken Vaşinqtonda çıxışında deyib ki, ABŞ Rusiyanın Ukraynadakı müharibəsini beynəlxalq sabitliyə birbaşa təhdid hesab edir. Amma Bayden administrasiyası Çinin daha böyük təhlükə olmasına inanır.

Ciddi uzunmüddətli təhdid

“Rusiya Prezidenti Putinin müharibəsi davam etdiyi müddətdə belə biz beynəlxalq düzənə ən ciddi uzunmüddətli təhdidə fokuslanmışıq – bu hədəni Çin Xalq Respublikası yaradır”, – Blinken deyib.

Onun sözlərinə görə, Rusiyanın Ukraynanı işğal etməsinə beynəlxalq reaksiya Çinin yeni və proqnozlaşdırılmayan dünya düzəni yaratmaq cəhdlərinə qarşı model kimi istifadə oluna bilər.

Çin 2-ci Dünya müharibəsindən sonra münasibətləri tənzimləyən qaydalar və qurumlara əsaslanan mövcud beynəlxalq düzəndən böyük fayda götürüb. Amma hazırda Prezident Si Tsinpinqin və Çin Kommunist Partiyasının liderliyi altında bunu dağıtmaq istəyir, Blinken deyib.

“Çin yeganə ölkədir ki, həm beynəlxalq düzəni yenidən formalaşdırmaq istəyir, həm də bunu etməyə getdikcə artan iqtisadi, diplomatik, hərbi və texnoloji gücü var”, – o vurğulayıb.

Üç elementli yanaşma

Dövlət katibinin sözlərinə görə, Çin özünün uğuruna yol açmış qanunları, razılaşmaları, prinsipləri və qurumları gücləndirmək və canlandırmaq əvəzinə onlara zərbə vurur.

Blinken Çinin dünyadakı assertivliyinə qarşı resurslarını və müttəfiqlərini təşkilatlandırmaq üçün administrasiyasının üç elementli yanaşmasını açıqlayıb.

ABŞ-da infrastruktura və texnologiyaya investisiya, eyni zamanda potensial zəif ölkələrlə diplomatik işi gücləndirmək siyasətin əsas elementləridir.

Blinken deyib ki, ABŞ Çinin siyasi sistemini dəyişmək istəmir, amma “açıq və inklüziv beynəlxalq sistemlə bağlı viziyonumuzu irəli aparmaq üçün Pekin ətrafında strateji mühiti formalaşdıracaq”.

Çinin Vaşinqtondakı səfirliyi hələlik, bu çıxışa reaksiya verməyib.

Tayvan

Blinken onu da qeyd edib ki, dünyada ABŞ-dan sonra ikinci iqtisadiyyat olan Çin dünya iqtisadiyyatında, iqlim dəyişikliyi və COVID-19 pandemiyası kimi məsələlərin həllində vacib rol oynayır. Bu o deməkdir ki, Birləşmiş Ştatlar və Çinin bir-biriylə işləməkdən başqa seçimi yoxdur.

Bu çıxışdan öncə Prezident Co Bayden Cənubi Koreya və Yaponiyaya səfəri zamanı deyib ki, Çin Tayvanı işğal edərsə, ABŞ Tayvana hərbi yardım göstərəcək.

Blinken Vaşinqtonun “Vahid Çin” siyasətini dəyişmədiyini, Pekini tanıdığını, amma Taypeylə qeyri-rəsmi əlaqələr saxladığını, silah satdığını vurğulayıb.

“Biz tərəflərdən hansısa birinin status kvonu birtərəfli dəyişməsinə qarşıyıq”, – deyən Blinken ABŞ-ın Tayvanın müstəqilliyini dəstəkləmədiyini sözlərinə əlavə edib.

24 saat” “
ABŞ Çini Rusiyadan da böyük təhlükə kimi görür
” başlıqlı yazını “AzadliqRadiosu”na istinadən dərc edib

Xeberler

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button