2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
ÖLKƏ

ABŞ-da əhalinin 75 faizinə vaksin vurulub

Birləşmiş Ştatlarda yetkin yaşlıların 75 faizinə azı bir doza COVID-19 vaksini vurulub, bunu hökumətin 7 sentyabr datasına əsasən söyləmək olar.

Prezident Co Bayden pandemiyanı nəzarətə almaq və vaksinasiyanı gücləndirmək üçün altı bəndlik strategiyanı açıqlamalıdır. Baydenin sentyabrın 9-da çıxış edəcəyi, yüksək yoluxucu delta ştammını önləmək planlarını açıqlayacağı gözlənir. Delta ştammı ölkədə yoluxmaları, hospitalizasiyanı və ölüm hallarını artırır.

Bu arada məktəblərin açılması, yaşı 12-dən aşağı olduğundan vaksin vurulmayan uşaqların dərsə getməsinin yoluxmaları çoxaldacağı, tədris prosesində fasilə yaradacağı sarıdan narahatlıq var.

Saytların yığılması Saytlarin yigilmasi

Birləşmiş Ştatların yetərincə vaksin tədarükü olmasına baxmayaraq əhalinin bir hissəsi peyvəndlənməyə tərəddüd edir.

Almaniyada yeni qaydalar

Bayden administrasiyası isə ayın sonundan üçüncü buster dozası təklif etməyi planlaşdrırır. Zaman keçdikcə vaksinin effektinin azalması və delta ştammı buna əsas verir.

İspaniya da artıq immun sistemi zəif olanlara üçüncü dozanı təsdiqləyib. Avropa Dərman Agentliyi (EMA) bu həftə bəyan edib ki, yaşı 16 və yuxarı olanlara Pfizer/BioNTech-in buster dozasını vurdurmağın faydasını sürətlə dəyərləndirir.

Almaniya parlamentinin aşağı palatası sentyabrın 7-də koronavirusa qarşı bir sıra tədbirləri təsdiqləyib. Artıq ştatların məhdudiyyətləri tətbiq etməsində yoluxmalar deyil, hostpitalizasiyaya diqqət veriləcək.

Bundestaq işəgötürənlərə qocalar evlərində, məktəblərdə və günərzi qayğı mərkəzlərində işçilərin peyvəndlənməsini soruşmağa qanuni icazə verib.

Amma işçilər peyvənd olunmamağa görə işdən çıxarıla bilməzlər, bu, ancaq onların iş və növbə cədvəlinə təsir göstərə bilər. Bu haqda yerli media yazıb.

Digər xəstəliklərə təsir

Pandemiyanın dolayısı ilə səbəb olduğu ziyan isə yüksəlməkdədir.

“Global Fund” yardım qrupunun sentyabrın 8-də bildirməsinə görə, pandemiya 2020-ci ildə İİV/QİÇS, vərəm, malyariyaya “dağıdıcı” təsir göstərib.

İİV testləri və profilaktikası xidmətlərində “ciddi” azalma olduğu bildirilir.

Buna baxmayaraq, İİV-ə qarşı həyati əhəmiyyətli antiretrovirus müalicəsi alanların sayı 8.8 faiz artaraq 21.9 milyona çatıb.

Hesabata görə, pandemiyanın dünyada vərəmin müalicəsinə təsiri də oxşar dərəcədə “fəlakətli” olub.

“Global Fund”ın sərmayə qoyduğu ölkələrdə dərmana davamlı vərəmdən müalicə alanların sayı 19 faiz azalıb. Geniş şəkildə dərmana-davamlı vərəmdən müalicə alanların sayında isə daha böyük – 37 faiz azalma qeydə alınıb.

Malyariyaya qarşı mübarizənin durumu digər iki xəstəlikdən daha yaxşı görünür.

“Adaptasiya tədbirləri, səhiyyə işçilərinin sayıqlığı və innovasiyası sayəsində profilaktika fəaliyyəti 2019-cu illə müqayisədə ya sabit qalıb, ya da artıb”, – o deyib.

Mənbə: AzadlıqRadiosu
“24 saat”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button