Bizim tərcüməDünya

ABŞ-da dəhşətli hadisə! Bir evə silahla hücum edildi: 6 ölü

2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər

ABŞ-ın Kaliforniya ştatının Tulare qraflığında, Qoşen şəhərində silahlı şəxs evə hücum edib. Hücumda biri 6 aylıq körpə olmaqla cəmi 6 nəfər həyatını itirib.

Tulare mahalının şerifi Mike Boudreaux verdiyi açıqlamada hücumun ən az 2 nəfər tərəfindən həyata keçirildiyini, 6 qurbanın isə güllələnərək öldürüldüyünü vurğuladıqlarını bildirib.

Saytların yığılması Saytlarin yigilmasi

Hücumun təsadüfi olmadığını düşündüklərini açıqlayan Boudreaux, “Bunun hədəflənmiş bir ailə olduğuna inanırıq” deyən Boudreaux, hücumda şəbəkələrin əli olduğuna inandıqlarını və bunun narkotiklə əlaqəli olduğunu söylədi.
Hücumun baş verdiyi evdə keçən həftə narkotik axtarıldığını bildirən Boudreaux, hadisə ilə bağlı daha ətraflı məlumat paylaşmadı.

Hücumdan sonra hadisə yerinə çoxlu sayda təcili yardım və polis göndərilərkən, qurbanların bəzilərinin evdə, bəzilərinin isə çöldə olduğu, bir nəfərin isə xəstəxanada öldüyü bildirilib. (İHA)

Tərcümə“24 SAAT”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button