2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
ÖLKƏ

ABŞ da Gürcüstan seçkisi ilə bağlı rəy bildirdi (Video)

ABŞ da Avropa İttifaqı kimi Gürcüstanda bələdiyyə seçkisinin ikinci turunun keçirilməsi şəraiti ilə bağlı narahatlığını bildirib.

Bu turda da hakim Gürcü Arzusu partiyası inamlı qələbə qazanıb.

Gürcüstan 2020-ci ildə keçirilmiş parlament seçkilərindən bəri siyasi iflic vəziyyətindədir.

Saytların yığılması Saytlarin yigilmasi

Bu böhran uzun sürən mühacirətdən sonra ölkəyə qayıdan keçmiş prezident Mixeil Saakaşvilinin həbsi ilə daha da dərinləşib.

O hazırda Rusitavi həbsxanasında aclıq aksiyası keçirir.

Oktyabrın 30-da elan edilmiş ilkin nəticələrə görə hakim partiya kiçik fərqlə də olsa, 20 mer postundan 19-na sahiblənə bilib.

Əsası Saakaşvili tərəfindən qoyulmuş müxalif Vahid Milli Hərəkat seçkinin saxtalaşdırıldığını iddia edib və bildiriub ki, bu həftəsonu etiraz aksiyası keçirəcək.

“Texniki baxımdan yaxşı”

ABŞ-ın Tbilisidəki səfirliyi noyabrın 1-də verdiyi bəyanatda bildirir ki, beynəlxlaq müşahidəçilərin seçkinin yaxşı təşkil olunması barədə rəyini dəstəkləyir, lakin seçicilərin hədələnməsi, onlara təzyiq göstərilməsi və seçki nəticəsinə təsir göstərən başqa halların baş verdiyini qeyd edir.

Səfirliyin bəyantında deyilir ki, “resurslar arasındakı fərq və hazırkı hakimiyyətin lüzumsuz üstünlüyü seçki meydanını təsirləndirib”.

Bəyanatda qeyd olunur ki, həyata keçirilmiş bəzi seçki islahatları şəffaflığı və seçici hüquqlarını artırsa da, seçkiqabağı dövrdə və seçki zamanı yol verilmiş geniş pozuntular seçicilərin azad səs verməsinə mənfi təsir göstərib.

ABŞ səfirliyinin verdiyi bəyanat əsasən Avropa İttifaqının rəyinə uyğundur.

Avropa İttifaqının rəyində də deyilir ki, qüsurlar, xüsusən də “administrativ resurslardan sui-istifadə və gürcü siyasi liderlərin zorakı ritorikası” yalnız siyasi qütbləşməyə xidmət edib.

Aİ-nin bəyanatında vurğulanır ki, mərkəzi hökumətin müxalifətin qalib gəldiyi bələdiyyələrlə əməkdaşlıq etməyəcyinə dair seçkidən əvvəl verdiyi bəyanat narahatedicidir.

ATƏT müşahidəçilərinin hesabatında seçkinin “texniki baxımdan” yaxşı keçirildiyi deyilir.

Lakin təşkilat öz hesabatında diqqəti birinci dövrədə baş verdiyi iddia olunan pozuntulara – “seçicilərin təhdid olunması, səslərin pulla alınması, namizədlərə və seçicilərə təzyiq göstərilməsinə” çəkib.

Mənbə: AzadlıqRadiosu
“24 saat”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button