2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
24 saatCəmiyyət

ABŞ-da hüquq məzunu olan Emin Aslan 30 sutka cəza aldı

Hüquqşünas polisə tabe olmamaqda günahlandırılır

Hüquqşünas Emin Aslan İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə 30 sutka azadlıqdan məhrum edilib. O, polisin qanuni əmrinə tabe olmamaqda təqsirləndirilir.

Bu barədə vəkil Elçin Sadıqov məlumat yayıb.

Emin Aslan iyunun 4-də saat 17 radələrində “Park-Bulvar”ın qarşısından naməlum istiqamətə aparılıb. Yaxınlarının sözlərinə görə, onu 3 mülki şəxs “90 XG 017” nömrə nişanlı avtomobilə mindiriblər.

Saytların yığılması Saytlarin yigilmasi

Hadisədən 30 dəqiqə sonra yaxınları Daxili İşlər Nazirliyinin 102 xidmətinə məlumat veriblər.

Emin Aslan ABŞ-ın Syracuse Universitetinin hüquq fakültəsinin məzunudur. Həbsindən bir neçə gün öncə Bakıya qayıdıb.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button