2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Sosial

ABŞ-da körpəyə “Allah” adının qoyulmasına izn verilmədi

Fotonun müəllifi
ACLU

Saytların yığılması Saytlarin yigilmasi

Image caption

Körpənin ana və ya atasının soyadı “Allah” deyil

ABŞ-ın Georgia ştatında körpələrinə “Allah” adını vermək istəyən bir ailənin müraciəti rədd edilib.

Bilal Walk və Elizabeth Handy cütlüyü 22 ay əvvəl doğulan qız körpələrinə Zalykha Graceful Lorraina Allah adını vemək istəyiblər.

İctimai səhiyyə departamenti isə körpənin ana və atasının soyadlarından birini, ya da hər ikisini almasının lazım olduğunu bildirib.

Elizabeth Handy ve Bilal Walk isə körpənin rəsmi olaraq adsız qaldığını deyərək qərara etirazlarını bildirblər.

Amerika Vətəndaş Azadlığı Birliyi (ACLU) ailənin adından ştat rəhbərliyinə qarşı iddia qaldırıb.

Bilal Walk Atlanta Journal-Constitution jurnalına verdiyi açıqlamada “kübar” olduğu üçün körpələrinə “Allah” adını vermək istədiklərini söyləyərək “Bu heç ədalətli deyil, bizim haqqımız tapdandı” deyib.

Lakin ştatın vəkilləri qanunun dəqiq olduğunu və doğum qeydləri üçün körpənin valideynlərinin soyadının daşımasının lazım olduğunu bildiriblər.

Vəkillər ailəyə göndərdikləri məktubda Zalikha doğum şəhadətnaməsi aldıqdan sonra körpənin soyadının dəyişdirilməsi üçün alı məhkəməyə müracət edə biləcəklərini yazıblar.

“Körpəyə adı dövlət deyil, ailəsi verir”

Məhkəmə sənədlərinə görə rəsmi nikahı olmayan cütlüyün Masterful Mosirah Aly Allah adlı bir oğulları var.

Doğum şəhadətnaməsi olmadan körpə ABŞ vətəndaşlığını almaya da bilər.

ACLU israr edir ki, ailənin istəyinin qəbul etməməsini “konstitusiyaya zidd”dir.

Ailənin vəkili Michael Baumrind “Körpəyə adı dövlət deyil, ailəsi verir” deyib.

24saat.org

Mənbə – www.bbc.com/azeri

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button