2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
SEÇMƏ

ABŞ-da məktəbə silahlı hücum: 21 nəfərin öldüyü bildirilir

Ölənlərin 19 nəfərinin şagird olduğu deyilir

ABŞ-ın Texas ştatında ibtidai məktəbə silahlı hücum olub, nəticədə 21 nəfər ölüb.

Saytların yığılması Saytlarin yigilmasi

Həlak olanlardan 19 nəfərin şagird, 2 nəfərin yaşlı şəxs olduğu bildirilir.

Texas qubernatoru Qreq Abbott bildirib ki, hücum edən 18 yaşlı Salvador Ramos adlı yerli şəxs olub.

O, polis tərəfindən güllələnib.

Hücum edən şəxsin tapança və AR-15 tüfəngindən istifadə etdiyi bildirilir.

Hücumdan sonra açıqlama verən ABŞ Prezidenti Co Bayden: “Allah xatirinə, silah lobbisinin qarşısına nə vaxt çıxacağıq?” – deyib.

18 yaşlı bir oğlanın mağazadan silah ala bilməsi fikrinin yanlış olduğunu bildirən Bayden əlavə edib ki, bu cür kütləvi atışma dünyanın başqa bir yerində nadir hallarda olur.

“Bu ağrını hərəkətə çevirməyin vaxtı gəldi”, – deyə Bayden söyləyib və silah alışı qanunlarında islahatlara çağırış edib.

Bayden Ağ Evdə və Birləşmiş Ştatlardakı federal binalarda bayraqların yarıya qədər endirilməsini tapşırıb.

Qarşıdurma zamanı 2 polisin də yaralandığı bildirilir.

Onların vəziyyətinin yaxşı olduğu qeyd edilir.

Təhlükəsizlik qüvvələrinin “CBS News”a verdiyi məlumata görə, hücumçu məktəbə gəlmədən öncə nənəsini də öldürüb.

“EdWeek“ təhsil sənayesi jurnalının məlumatına görə, keçən il ABŞ-da məktəblərdə 26 atışma olub.

Mayın 24-də Senatda çıxış edən Demokratik Konnektikut senatoru Chris Murphy həmkarlarını silaha nəzarət qanununu qəbul etməyə çağırıb.

“Bu uşaqların bəxti gətirmədi. Belə hücumlar yalnız bu ölkədə baş verir”, – deyə o bildirib.

Apreldə aparılan bir araşdırmada 2020-ci ildə Amerika uşaqları və gənclərinin ölümünün əsas səbəbi kimi güllələnmə olduğu göstərilib.

Başqa bir statistikada bildirilir ki, ABŞ-da mülki vətəndaşların 390 milyondan çox silahı var.

Meydan TV

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button