2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Dünya

ABŞ-da McDonalds-da yeməkdən qurdlar çıxdı – VİDEO

ABŞ-ın Kentukki ştatında iki şəxs McDonald`s fast-fud şəbəkəsinin restoranlarında aldıqları yeməkdən qurdların çıxdığını deyiblər.

Milli.Az WPSD Local6-ya istinadən bildirir ki, Meyfild şəhərinin sakini Medison Stivensin dediyinə görə, yerli McDonald`s restoranına yollanaraq özü və bir yaşlı oğlu üçün hamburger alıb.
“Hamburgeri yeməyə başlayanda onun içindən qurd çıxdı. Şirkətə şikayət etdim, cavab olaraq mənə 10 dollarlıq hədiyyə kartı yolladılar”, – M.Stivens deyib.
Leysi Co Lovett isə Meyfild şəhərindən 40 km aralıdakı Draffenvil şəhərindəki McDonald`s restoranında burger alıb və yeməyin içindən qurdlar çıxıb.
McDonald`s-ın mətbuat katibi Maykl Lav insidentlərlə bağlı deyib: “Bu hadisələri araşdırırıq. Problemləri həll etmək üçün müvafiq addımlar atılacaq”

Saytların yığılması Saytlarin yigilmasi
Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Back to top button