2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
DünyaGündəm

ABŞ-da səfirlik önündəki zorakılığa görə iki türk həbs olundu

Sinan Narin Virciniya ştatında, Eyub Yıldırım isə Nyu Cersi ştatında nəzarət altına alınıb

Prezident Rəcəp Tayyip Ərdoğanın keçən ay Vaşinqton səfəri zamanı Türkiyə səfirliyi önündə keçirilən aksiyada etirazçılara tədbiq edilən zorakılığa görə iki türk amerikalı həbs edilib.

Amerikanın Səsinin Türkiyə xidmətinin çəkdiyi video Ərdoğanın təhlükəsizlik xidməti və dəstəkçilərinin etirazçılardan ibarət kiçik qrupa hücum çəkməsini nümayiş etdirir. Kadrlarda qara kostyumlu kişilərin yerdə uzanmış etirazçılara qarşı qəddarlığı da aydın görünür.

Saytların yığılması Saytlarin yigilmasi

Polisin müdaxiləsinə baxmayaraq, kostyumlu kişilər etirazçıların arxasınca parka tərəf qaçmış və hücumlarına davam etmişlər.

Vaşinqtonun polis rəsmilərinin qısa bəyanatında bildilir ki, aksiya zamanı zorakılıq etmiş Sinan Narin Virciniya ştatında, Eyub Yıldırım isə Nyu Cersi ştatında həbs edilib. Həmin şəxslərin Ərdoğanın dəstəkçiləri, və ya etirazçılar olduğu aydın deyil.

Keçən aykı hadisədən dərhal sonra Türkiyə səfirliyi prezidentin mühafizəçilərinin “özlərini müdafiə etdiyini” və etirazçıların PKK ilə əlaqəli olduğunu bəyan etmişdi.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button