2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Dünya

ABŞ-da Trump-a qarşı etirazların ikinci gecəsi

Donald Trump-un prezident seçilməsindən sonra ABŞ-ın bir neçə ştatında baş tutan etiraz aksiyaları 2-ci gecə də davam edib. Ancaq bu dəfə etirazçıların sayı az olub.

Onların əsas hissəsi Trump-un prezidentliyinin irqi və gender məsələlərində dərin fikir ayrılıqları yaradacağını deyən gənclər olub.

Buna cavab olaraq, cənab Trump Twitterdə etiraz aksiyalarını “çox ədalətsiz” adlandırıb.

Saytların yığılması Saytlarin yigilmasi

O, bundan əvvəl Ağ Evdə prezident Barack Obama ilə görüşüb və onu yaxşı insan kimi xarakterizə edib.

Lakin BBC müxbiri deyir ki, onların səmimiyyətinə baxmayaraq, cənab Trump prezident Obamanın irsinin böyük hissəsinin fəaliyyətini dayandırmağı düşünür.

Buna daha çox amerikalıların tibbi sığorta edilməsi aktı olan Obamacare də daxildir.

Aksiya iştirakçıları cümə axşamı Filadelfiya, Baltimor, Portland, Dallas, Solt Leyk Siti, Miçiqan və digər şəhərlərdə toplaşıblar.

Filadelfiyada meriyanın ətrafına toplaşan etirazçıların əllərindəki plakatlarda “Bizim prezidentimiz deyil”, “Transgender Trump-a qarşı”, “Amerikanı hamı üçün təhlükəsiz et” kimi şüarlar daşıyıblar.

Polis bildirib ki, Baltimorda 600 nəfər dinc sakin şəhər ərazisindən keçərkən yolu bağlayıb. Minneapolisdə aksiya iştirakçıları qısa müddət üçün dövlətlərarası avtomobil yolunu hər iki istiqamətdə bağlayıblar.

San Fransiskoda orta məktəb şagirdləri göy qurşağı banerləri və Meksikanın bayraqlarını dalğalandırıb.

Bir gün əvvəl minlərlə insanın şəhər mərkəzinə yürüş etməsindən sonra Çikaqoda balaca qrup Trump Tower (Trump Qalası) önündə toplaşıb.

Associated Press xəbər agentliyinin məlumatına görə, bəzi yoldan keçənlər onları salamlasalar da, azı bir sürücü qışqıraraq onlara “susmalı və demokratiya ilə razılaşmalı olduqlarını” deyib.

Etirazçılar Nyu-Yorkdakı Trump Tower önündə ikinci gecə də toplaşıblar.Image copyrightREUTERS
Image captionEtirazçılar Nyu-Yorkdakı Trump Tower önündə ikinci gecə də toplaşıblar

Öz tvitində cənab Trump onları “peşəkar aksiya iştirakçısı” adlandırıb və bildirib ki, onlar “media tərəfindən təhrik ediliblər”.

İndi Respublikaçıların ABŞ Konqresinin hər iki palatasında çoxluq təşkil etdiyi vaxtda cənab Trump çox asanlıqla səhiyyə islahatları kimi Obama təşəbbüslərini hədəfə ala bilər.

Noyabrın 8-də keçirilmiş prezident seçkilərində cənab Trump rəqibi Hillary Clinton üzərində qələbə qazanıb.

O deyib ki, onun vacib prioritetlərinə ölkənin infrastrukturunu bərpa etmək və iqtisadiyyatı ikiqat artırmaqdır.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button