2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Dünya

ABŞ-da Ukraynaya müasir qırıcıların verilməsini müzakirə edirlər

Bu barədə məlumatı ABŞ hərbi hava qüvvələrinin qərargah rəisi general Çarlz Braun verib

Saytların yığılması Saytlarin yigilmasi

Birləşmiş Ştatlar və onun müttəfiqləri Ukraynaya Qərb şirkətləri tərəfindən istehsal olunmuş müasir hərbi təyyarələrin verilməsini və Ukrayna pilotlarının onları idarə etməsi üçün təlimləndirilməsi mümkünlüyünü müzakirə edirlər.

Bu barədə məlumatı ABŞ hərbi hava qüvvələrinin qərargah rəisi general Çarlz Braun verib.

Onun sözlərinə görə Ukraynaya ABŞ-ın F-16 qırıcılarının, İsveçin Gripen, Fransanın Rafale və Eurofighter Typhoon təyyarələrinin verilməsi müzakirə olunur.

Braun əlavə edib ki, “hər halda söhbət Rusiya təyyarələrindən getmir”.

Ekspertlər deyirlər ki, belə müzakirələrin getməsi Birləşmiş Ştatların rəsmi mövqeyinin dəyişməsindən xəbər verir.

Hələ ötən martda Vaşinqton Polşanın Ukraynaya öz cəbbəxanasındakı sovet MiG təyyarələrini verməsinə razılaşmamışdı.

Polşa bu təyyarələrin əvəzində ABŞ-da F-16 qırıcıları istəyidi.

O vaxt Ağ Ev bildirmişdi ki, belə mübadilə Ukraynadakı münaqişəni dərinləşdirə bilər.

İndi isə Ukraymna pilotlarına Qərb qırıcılarında təlim verilməsi ideyası Amerika konqresmenləri tərəfindən dəstəklənib.

Ötən həftə ABŞ Konqresi bu məqsədlə vəsait də ayırıb.

Lakin hələlik Pentaqonda bu barədə qəti qərar qəbul edilməyib.

Nazir Reznikov: “Təyyarələr olacaq…”

Ekspertlərin fikrincə Ukraynaya hərbi təyyarələr onun quru qoşunlarının irəliləyə bilməsi üçün lazımdır.

Havadan dəstək olmadan bunu etmək çətin olacaq.

Ukraynanın müdafiə naziri Aleksey Reznikov BBC-yə müsahibəsində deyib ki, Kiyev heç də təkcə F-16 qırıcılarını almaq istəməzdi:

“Təyyarələr olacaq. Sual hansı təyyarələrin olacağıdır. Əgər kimsə düşünürsə ki, F-16 məsələnin həllidir, bəzi məqamları nəzərə almır. Bizim aerodromlarımız F-16 qırıcıları üçün hazır deyil. Ola bilsin ki, bizə başqa tip təyyarələr lazım oldu. Yaxşı təyyarələr təkcə F-16-lar deyil. Müasir standartlı başqa təyyarələr də var. Məsələn İsveçin istehsal etdiyi Gripen təyyarələri”.

Pentaqonda hələ qəti qərar qəbul edilməsə də, ABŞ dekabrda öz donanmasından çox sayda təyyarəni silməyi planlaşdırır. Bunlardan 47-si F-16, 48-i F-15 qırıcılarıdır.

Bu say Ukraynaya 3-4 eskadriliya yaratmaq imkan verərdi.

Bundan başqa 25 ölkə F-16 qırıcılarından istifadə edir və onlar da nə vaxtsa donanmalarını təzələmək istəyəcəklər.

“Zaporojets” və “Audi” arasındakı fərq kimi

24 saat” “
ABŞ-da Ukraynaya müasir qırıcıların verilməsini müzakirə edirlər
” başlıqlı yazını “AzadliqRadiosu”na istinadən dərc edib

Xeberler

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button