2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Siyasət

ABŞ-dan Ərdoğan və Putinə qarşı QARABAĞ HƏMLƏSİ: MÜHARİBƏYƏ DOĞRU

ABŞ prezidenti Barak Obamanın Rusiyaya qarşı sanksiyaları genişləndirməsinin səbəblərindən biri də Ankara və Moskvanın Suriya və Dağlıq Qarabağ planına qarşı atılan addımdır.

Publika.az
xəbər verir ki, Ermənistanın “lragir” saytında yayımlanan “ABŞ Suriyada və Dağlıq Qarabağda Ərdoğanla Putini dayandıra biləcəkmi?” adlı məqalədəki fikirlərdən belə anlaşılır.

Məqalədə qeyd olunur ki, ABŞ-ın Suriya üzrə Türkiyə və Rusiya razılaşmasına qarşı planı var.

“Bu, ABŞ-ın himayəsi altında Yaxın Şərqin yenidən bölünməsi, sərhədlərin dəyişilməsi deməkdir. Əgər Suriya bölünəcəksə, o zaman, Amerika planının tətbiqi qaçılmaz olacaq. Belə olanda Cənubi Qafqazda da yeni addımlar atılacaq”, – deyə məqalədə bildirilir.

Saytların yığılması Saytlarin yigilmasi

Hesab etmək olar ki, Suriyada Rusiya və Türkiyənin atəşkəs əldə etməsi ilə eyni gündə Ermənistan-Azərbaycan sərhədində erməni hərbi birləşmələrinin təxribata əl atması Ankara-Moskva birliyinin diqqətinin yayındırılmasına hesablanıb. Belə anlaşılır ki, erməni təxribatının arxasında ABŞ da ola bilər. Hazırda Qarabağda baş verə biləcək hər hansı müharibə, yaxud hərbi toqquşma Türkiyə və Rusiyanın diqqətini Suriyadan yayındıra bilər.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button