2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
ManşetSiyasət

ABŞ-dan insan haqları hesabatı: Azərbaycanda vəziyyət pisləşib

dd-yeniABŞ Dövlər Departamenti 2015-ci il üzrə dünyada insan haqlarının vəziyyətinə dair hesabatını açıqlayıb. Hesabatın təqdimatında dövlət katibi Con Kerri deyib ki, dünyanın hər yerində dövlət və qeyri-dövlət qurumlarının sivil cəmiyyətə məxsus məkanı sürətlə daraltdığının, medianı və interneti boğduğunu, müxalif səsləri susdurduğunu, ekstremal hallarda insanları öldürdüyünü, yaxud evlərindən didərgin saldığını görürük.

Azərbaycanın da yer aldığı hesabatda bir sıra ölkələr müstəqil mediaya qarşı basqılarda, jurnalist və blogerləri, dissidentləri həbs etməkdə günahlandırılırlar. “Hər yerdə insanlar azad olmaq, öz həyatlarına nəzarət etmək istəyirlər. Bəzi hökumətlərin təqdim etdikləri sabitliklə azadlıq arasındakı seçim saxtadır, çünki sabitliyin dayanıqlı bünövrəsi azadlıqdır.”, – deyə sənəddə qeyd olunur.

Siyasi azadlıqlara basqılar

Saytların yığılması Saytlarin yigilmasi

Hesabatın Azərbaycan dair hissəsinin girişində ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun Azərbaycana müşahidəçi missiyası göndərməkdən imtina etməsi vurğulanır. 2013-cü ildə keçirilmiş prezident seçkilərinin ATƏT kriteriyalarına əsasən, demokratik standartlara cavab vermədiyi qeyd olunur.

İnsan haqları sahəsində sadalanan başlıca prolemlər kimi siyasi azadlıqlara qoyulan məhdudiyyətlər, sifarişli məhkəmə sistemi və seçki pozuntuları göstərilir.

Sənəddə deyilir:

– Hökumətin ifadə, toplaşma və təşkilatlanma azadlıqlarına basqıları hədə-qorxu taktikalarında, qondarma ittihamlarla həbslərdə özünü büruzə verib. Sivil cəmiyyətə basqılar qeyri hökumət təşkilatlarına qarşı başlanmış cinayət işlərindən tutmuş bank hesablarının dondurulmasınadək bir çox əməlləri əhatə edib.

– Hökumət məhkəmə sistemindən dinc fikir aryılığını susdurmaq üçün istifadə edir. Siyasi fəalların cəlb olunuğu məhkəmə proseslərində hüquq prinsiplərinə riayət olunmur.

– Hökumət vətəndaşların öz hakimiyyətlərini azad və ədalətli seçkilərdə dinc yolla dəyişmək hüquqlarını məhdudlaşdırır.

– Hökumət orqanları insan haqları pozuntularında əli olan rəsmiləri cəzalandırmaq üçün addımlar atmayıb və cəzasızlıq mühiti ölkədə problem olaraq qalıb.

– Birbaşa prezidentə tabe olan Daxili İşlər və Milli Təhlükəsizlik nazirlikləri dinc etirazçıları həbs edib və onlara qarşı ifrat zorakılığa əl atıblar.

– Həbslər zamanı bir sıra hallarda qanunlara riayət olunmayıb. İnsan haqları vəkili İntiqam Əliyevə öz vəkilləri ilə dörd həftə görüşməyə icazə verilməyib. Eləcə də, 23 iyulda tanınmış jurnalist Emin Millinin qayını Nazım Ağabəyov heç kəsə xəbər edilmədən bir həftə həbsdə saxlanılıb. Rəsmilər ailə üzvlərindən insanlara özlərini polisə təslim etmək üçün təzyiq vasitəsi kimi istifadə edirlər.

Azərbaycan hökuməti söz azadlığı və müstəqil medianı məhdudlaşdırır

– Qanunların söz və mətbuat azadlığını təmin və mətbuata senzuranı qadağan etməsinə baxmayaraq, hökumət bu hüquqlara çox vaxt hörmət göstərmir. Azərbaycan hökuməti söz azadlığı və müstəqil medianı məhdudlaşdırır. Jurnalistlər hədələrlə üzləşib, bəzi hallarda döyülüb və həbs ediliblər. QHT-lər ilin sonuna kimi 13 jurnalist və blogerin siyasi məhbus, ya da məhbus olduğunu qeyd edib. İyunun 13-də İsveçrənin Xarici İşlər Nazirliyi Reportyorların Azadlığı və Təhlükəsizliyi İnstitutunun rəhbəri Emin Hüseynoun iyunun 12-də İsveçrənin Xarici İşlər naziri Didiyer Burkhalterin təyyarəsində ölkəni tərk etdiyini bildiirb. Hüseynov rəsmilərin 2014-cü ildə tanınmış üç insan haqları fəalını həbs etdikdən sonra 10 ay İsveçrə səfirliyində gizlənirdi. Yay aylarında hökumət xaricdə olan jurnalistlərin qohumlarına təzyiqləri gücləndirib.

– Konstitusiyada söz azadlığının təmin olumnasına baxmayaraq, hökumət siyasi baxımdan həssas məsələlərlə əlaqədar repressiyaları davam etdirib. Aprelin 16-da Avropa Şurasının insan haqları üzrə komissiyası bildirib: ”Azərbaycanda fərqli fikir, ya da rəsmiləri tənqid edənlərə qarşı repressiya modeli var. Bu, xüsusilə insan haqları müdafiəçiləri, eləcə də jurnalistlər və başqa fəallara aiddir ki, onlar etibarlılığı şübhə doğuran ittihamlarla qaşılaşa bilər. Belə ittihamlar bu şəxsləri susdurmağa cəhd kimi qiymətləndirilir və onların ifadə azadlığı hüququndan legitim şəkildə istifadə etmələri ilə bağlıdır.”

– Amerikanın Səsi, Azadlıq Radiosu və BBC kimi xaici yayım şirkərlərinin FM tezliklərində yayımına qadağanın qalmasına baxmayaraq, Rusiyanın “Sputnik” şirkətinin yerli radio şəbəkəsində yayımına icazə verilib. Senatyabrın 21-də prezident administrasiyasının rəsmisi beynəlxalq medianı ölkədən məlumatlar yaydığına görə “qeyri-qanuni fəaliyyət göstərməkdə” ittiham edərək, Berlində yerləşən Meydan TV və Amerikanın Səsinin adlarını çəkib. Azadlıq Radiosunun Bakı ofisi bağlı olaraq qalır.

– Sentyabrın 1-də Bakı Ağır Cinayətlər Məhkəməsi korrupsiya haqda yazılarına və insan haqlarını müdafiə etdiyinə görə tanınmış müstəqil jurnalist Xədicə İsmayılovanı müşahidəçilər tərəfindən siyasi motivli sayılan ittihamlarla məhkum edib. Amnesty International İsmayılovanı vicdan məhbusu hesab edir, bir sıra ölkələrin hökumətləri, müstəqil jurnalistlər, insan hüquqları təşkilatları onun azad edilməsinə çağırır

Rəsmilər həmçinin ölkədə aparıcı media hüquqları müdafiəçilərinə və təşkilatlarına qarşı təzyiqləri artırıb.

– Bir il ərzində rəsmilər ölkə xaricində müstəqil media qurumları və ölkədə onlarla əlaqəsi olanlara qarşı təzyiqləri gücləndirib. Məsələn, Berlində yerləşən Meydan TV-nin təsisçisi və keçmiş vicdan məhbusu Emin Milli üçüncü şəxs vasitəsilə hökumət tərəfindən ölüm təhdidi aldığını bildiirb. Rəsmilərin Meydan TV ilə əlaqəsi olan bir sıra müstəqil jurnalisti saxladığı və sorğu-sual etdiyi haqda məlumat verilib.

– Yerli müşahidəçilərin bildirdiyinə görə, il ərzində 64 jurnalist təzyiqə məruz qalıb. Bu hücumların çoxu Azadlıq Radiosu, Azadlıq qəzeti və başqa nəşrlər, eləcə də Obyektiv TV-nin jurnalistlərinə qarşı olub.

Bu tendensiya il boyu davam edib. Məsələn, avqustun 8-də bir qrup şəxs fotojurnalist Rasim Əliyevi döyüb və o, aldığı xəsarət nəticəsində avqustun 9-da dünyasını dəyişib. Ölümündən əvvəl Əliyev Facebook səhifəsində məlumat yaylb ki, futboçu Cavid Hüseynovu iyulun 30-da Kiprlə matçdan sonrakı davranışına görə tənqid etdiyi üçün hədələnib. Əliyev həmçinin, Hüseynovun qohumunun ona zəng edeərək tənqidi şərhi müzakirə etməyə çağırdığını deyib. Əliyev əvvəlcədən təşkil olunmuş görüşə gələndə, arxadan vurulub və altı nəfər tərəfindən döyülüb. Rəsmilər cinayət işi açıb və hücumçuları, eləcə də Cavid Hüseynovu həbs edib.

Rəsmilərin əvvəlki illər jurnalistlərə fiziki təzyiqlərə görə polis işçilərini məsuliyyətə cəlb etdiyinə dair işarə yoxdur.

Jurnalistlər və media hüquqları müdafiəçiləri 2011-ci lidə jurnaslit Rafiq Tağı və 2005-ci ildə jurnalist Elmar Hüseynovun qətlləri ilə bağlı təhqiqat aparılmasına dair çağırışlarını davam etdirir.

– Jurnalistlərin və media qurumlarının qorxudulması məqsədilə siyasi motiv daşıyan məhkəmə proseslərindən istifadə edilir. İl ərzində jurnalistlər və media qurumlarına qarşı 59 məhkəmə işinin açıldığı haqda məlumat verilir. İddiaçılar kompensasiya olaraq 2,5 milyon manat cərimə istəyib, məhkəmələr tərəfindən 180 min manat cərimə istənilib.

Müstəqil və müxalif qəzetlər maaşların və vergilərin, eləcə də məhkəmə tərəfindən cərimələrin ödənməsi kimi problemlərlə qarşılaşaraq, maliyyə baxımından acınacaqlı vəziyyətdə qalmağa davam edir.

– Hökumət bəzi dövlət kitabxanalarının müxalif və müstəqil qəzetlərə abunə olmasının qadağan edir, dövlət bizneslərinin müxalifət qəzetlərinə reklamlarının qarşısını alır və özəl biznezlərə orada reklam yerləşdirilməməsi ilə bağlı təzyiq göstərir. Bunun nəticəsi olaraq pullu reklamlar müxalifət mediasında demək olar yoxdur.

– Medianın əksər hissəsi hökumətin repressiyasından qorxaraq, özünə senzura tətbiq edir və siyasi baxımdan həssa sayılan mövzulardan kənar durur.

– Milli Televiziya və Radio Yayım Şurası yerli, özəl televiziya və radio stansiyalarından xarici xəbər proqramlarını tam şəkildə yayıma verməməsini istəyir.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Back to top button