2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

ABŞ-dan Koreya sərhədində “keşik çəkmək” əmri

ABŞ Sakit okean Qüvvələri Komandanlığı (PACO) “Carl Vinson” gəmi qrupuna Avstraliya səyahətini ləğv edib, Koreya sularına dönmək əmri verib.

PACO-nun sözçüsü mayor Dave Benham etdiyi yazılı açıqlamada “ABŞ Sakit okean Komandanlığı “Carl Vinson” gəmisini sayıqlıq üçün tədbir olaraq Sakit okeanın qərb hissəsinə yönəlməsi əmrini verdi” deyib.

Saytların yığılması Saytlarin yigilmasi

Üçüncü donanmaya bağlı “Carl Vinson”un müdafiə məqsədiylə hərəkət etdiyini bildirən Benham açıqlamasında “bölgədəki birinci dərəcəli təhdid diqqətsiz, məsuliyyətsiz, qeyri-sabitliyə yol açan mərmi sınaqları və nüvə silahı əldə etmək işləri səbəbindən Şimali Koreyaya aid” söyləyib.

Şimali Koreya ən son 5 apreldə orta mənzilli “Scud” raketini sınamış və raket 40 mil ucduqdan sonra partlayaraq Yapon dənizinə düşmüşdü. Digər tərəfdən, “Pyongyang” 6 martda da dörd ballistik mərmi atmış və mərmilər dənizə düşməzdən əvvəl 620 mil uçmuştu.

ABŞ uzaqmənzilli raket sınağı olaraq təyin edilən bu sınaqdan sonra, təxminən bir ildir danışıqları davam edən Termal Yüksəkli hava müdafiə sisteminin (THAAD) Cənubi Koreyaya yerləşdirilməsi prosesini  gücləndirmişdi.

 

azadliq.info

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button