Now Reading:
ABŞ-dan neft bazarını alt-üst edə biləcək açıqlama

Trump hökuməti, Arktik, Atlantik və Sakit okean zonaları daxil, demək olar ki, ABŞ-ın bütün su sahələrini qaz və neft buruqlarına açmaq təklifi təqdim edib. Sözügedən ərazilərdə axtarış aparılması illərdir qadağan idi.

ABŞ Prezidenti Donald Trumpın hökuməti, ölkənin dənizlərində neft – qaz axtarışı və istehsalı fəaliyyətlərinə icazə vermək üçün bir plan hazıradıqarını açıqlayıb.

ABŞ Daxili İşlər Nazirliyindən verilən açıqlamada, Sakit və Atlantik okeanları Meksika Körfəzi sahillərində neft və qaz hasilatı, qazma və istehsalına icazə vermək üçün “Amerikanın Dəniz Neft və Qaz Potensialını Sərbəst Buraxmaq” adlı 5 illik bir plan hazırlandığı bildirilib.

“Marja” xəbər verir ki, açıqlamada, plan çərçivəsində, ABŞ-ın federal sahillərinin və açıq dənizlərinin 90%-dən çoxunun 2019-2024 dövründə neft-qaz axtarışı, qazma və istehsalı fəaliyyətlərinə açılmasının nəzərdə tutulduğu bildirilib.

Neft-qaz şirkətərinin icarə müqaviləsi yolu ilə axtarış-qazma və istehsal fəaliyyətləri ilə məşğul ola biləcəyi qeyd edilən açıqlamada, plan sayəsində Alyaskada 19, Sakit Okean regionunda 7, Atlantik Okeanı regionunda 9 və Meksika Körfəzi ortalarında 12 sahənin neft və qaz fəaliyyətinə açılacağı məlumatına yer verilib.

Açıqlamada fikirlərinə yer verilən ABŞ Daxili İşlər Naziri Ryan Zinke, “Enerji resurslarımız iqtisadiyyatımız və enerji təhlükəsizliyimiz baxımından əhəmiyyətlidir” ifadəsini istifadə edib.

Açıqlamada, plan ilə əlaqədar olaraq ABŞ ictimaiyyətinin, şirkətlərinin və təşkilatlarının 16 Yanvardan etibarən fikirlərinin qəbul olunmağa başlanacağı məlumatı da verilib.

SİZ DƏ FİKRİNİZİ YAZIN

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

24saat.org@gmail.com
Çəkdiyiniz videoları bu ünvana yollamaqla bizimlə əməkdaşlıq edə bilərsiniz! Telefon - 055 239-48-36
Input your search keywords and press Enter.