2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

ABŞ-dan Rusiyaya daha bir zərbə – Monteneqro NATO-ya üzv olur

ABŞ Senatı Monteneqronun NATO üzvlüyünə qəbulu üçün son razılığını verib.

Alyansın bir qədər də Şərqə uzandığını göstərən bu addım böyük bir ehtimalla Rusiyanı qəzəbləndirəcək.

Saytların yığılması Saytlarin yigilmasi

Martın 28-də keçirilən səsvermədə senatorlar 97-2 nisbəti ilə bu Balkan ölkəsinin NATO-nun 28-ci üzvü olmasına razılıq veriblər.

Monteneqronun alyansa üzvlüyünə razılığa dair daha iki NATO üzvü olan ölkədə – İspaniya və Hollandiyada da səsvemə keçirilməlidir, lakin ABŞ Senatındakı səsvermə həlledici hesab olunur.

Bundan əvvəl Moskva Monteneqronun alyansa üzv olmasının qəti əleyhinıə olduğunu bildirmişdi.

Qonşusu Serbiya kimi Monteneqro da Rusiya ilə ortaq dil və mədəniyyət köklərinə malikdir. Üstəlik Kremlin dəstəklədiyi Oleq Deripaska da daxil bir sıra Rusiya zənginləri bu ölkəyə böyük investisiyalar yatırıblar.

Hətta Senat səsverməsindən əvvəl də Moskva bu addıma ciddi etirazını bildirmişdi.

Bir sıra Monteneqro siyasətçiləri Rusiyanı ötən il ölkədə baş vermis çevriliş cəhdinin arxasında durmaqda ittiham edirdilər.

Monteneqronun NATO üzvlüyünə Vaşinqtonun dəstəyi lap əvvəldən güclü idi, lakin bəzi müşahidəçilər güman edirdilər ki, Donald Trampın Rusiyaya barışdırıcı münasibəti bu dəstəyi zəiflədə bilər.

Burası da var ki, Senatdakı səsverməyə baxmayaraq yekun sənəd Donald Tramp tərəfindən imzalanmalıdır.

Lakin ABŞ dövlət katibi Rex Tillerson səsvermədən əvvəl Senat üzvlərinə yazmışdı ki, Monteneqronun üzvlüyünə razılıq NATO-nun may ayına planlaşdırılmış sammitindən əvvəl verilməlidir.

Ötən həftə ABŞ-ın Avropadakı qüvvələrinin komandanı general Curtis Scaparrotti Senat komitəsinə bildirmişdi ki, Monteneqronun üzvlük müraciətinin rədd edilməsi alyansa qoşulmaq istəyən başqa ölkələrə yanlış mesaj göndərə bilər.

Rusiyanın Balkanlardakı ən yaxın müttəfiqi Serbiya da son vaxtlar NATO ilə yox, amma Avropa İttifaqı ilə yaxınlaşmağa cəhd göstərir.

Azadlıq Radiosu

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button