SEÇMƏ

ABŞ-dan Tehranla Bakı arasındakı gərginliyə reaksiya

Yayımlandı: 14 Mart 2023 12:18

“İran qonşularını təhdid edən addımlar atır”

ABŞ Dövlət Departamenti martın 13-də İran hərbi təyyarəsinin Azərbaycan sərhədinə yaxınlaşması və bunun fonunda Bakı ilə Tehran arasında yaranmış son gərginliyə reaksiya verib.

İran uzun müddətdir ki, regionda pis niyyətli oyunçu olub. O, qonşularını – yaxın və uzaqları təhdid edən  addımlar atır”, – Dövlət Departamentinin sözçüsü Ned Prays “Turan”ın müxbirinin sualına cavabında deyib.

“Biz davam edən gərginliyi narahatlıqla izləyirik” , – о qeyd edib.

Bizim yanaşmamız Cənubi Qafqazda Azərbaycan və Ermənistanla əlaqələri gücləndirməkdir ki, Cənubi Qafqaz regionu daha sabit və münaqişə və gərginliyə daha az əsas olsun”, – Prays bildirib.

Ned Prays. Foto: Amerikanın səsi

İranın hərbi təyyarəsi ötən həftəsonu Azərbaycanla sərhəd boyu 40 dəqiqə, bəzən isə sərhədin üzərində uçub.

Bu addıma etiraz olaraq martın 11-də İranın Bakıdakı səfiri Azərbaycan Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb və ona nota təqdim edilib.

Rəsmi Bakı hadisəni  “təxribat xarakterli və qeyri-dost hərəkət” adlandıraraq İrandan izahat tələb edib.

Meydan TV

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button