Loading...
Loading...
Dünya

ABŞ-dan Tunisə 20 milyon dollarlıq yardım

Tunis ABŞ-dan terrorla mübarizə və sərhəd nəzarəti sahəsində 20 milyon dollarlıq hərbi yardım paketi alıb.

Axar.az xəbər verir ki, ABŞ-ın Tunisdəki səfiri Daniel Robensteyn hərbi yardım paketinin 13 ədəd 4 qoşqulu maşın, 8 ədəd Cip və 4 ədəd “Maules” təyyarəsindən ibarət olduğunu deyib.

Səfir ABŞ-ın Tunisə yalnız hərbi deyil, hər sahədə dəstək verməyə hazır olduğunu dilə gətirib.

Gözdən qaçırmayın:  NATO xarici işlər nazirləri cümə günü Ukrayna ilə bağlı təcili toplantı keçirəcək
Back to top button