Bizim tərcüməDünya

ABŞ-dan Vaqner açıqlaması! Onlar bunu cinayət təşkilatı kimi tanıyacaqlar.

ABŞ Maliyyə Nazirliyi Rusiyanın hərbi şirkəti Wagner Group-u “beynəlxalq cinayət təşkilatı” kimi tanıyacaq.

Ağ Evin Milli Təhlükəsizlik Şurasının Strateji Kommunikasiyalar üzrə koordinatoru Con Kirbi gündəlik mətbuat konfransında bildirib ki, Yevgeni Priqojinin rəhbərlik etdiyi rus muzdlu dəstəsi ABŞ Maliyyə Nazirliyi tərəfindən “ciddi beynəlxalq cinayət təşkilatı” kimi tanınacaq.

Kirbi Rusiya Müdafiə Nazirliyi ilə Vaqner qrupu arasında fikir ayrılıqlarının olduğunu və Vaqner qrupunun bu sahədə mərkəzi gücə çevrildiyini bildirib.

Vaqner qrupu və onun müxtəlif qitələrdəki tərəfdarlarına qarşı əlavə sanksiyalar tətbiq edəcəklərini ifadə edən Kirbi, Şimali Koreyanın ötən il Ukraynada istifadə üçün Vaqner qrupuna silah təhvil verdiyini göstərən peyk fotolarını da paylaşıb. Paylaşdığı fotolara görə Kirbi Şimali Koreyadan gələn silahların qatarla konteynerlərə yüklənərək Rusiyaya çatdırıldığını iddia edib.

Kirbi Şimali Koreyanın bu hərəkətlərini pisləyib və qeyd edib ki, bu ölkədən silah ötürülməsi BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinin birbaşa pozulmasıdır.

Con Kirbi bu məsələ ilə bağlı BMT-ni məlumatlandırdıqlarını bildirib. (AA)

Tərcümə“24 SAAT”

Gözdən qaçırmayın:  11 NATO ölkəsi Ukraynaya yeni hərbi yardım vəd edir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button