Now Reading:
ABŞ Dövlət katibinin müavini Bakıya gəlir

Elis Uels Əfqanıstan üzrə Beynəlxalq Təmas Qrupunun iclasında iştirak edəcək

ABŞ Dövlət Katibinin Mərkəzi və Cənubi Asiya məsələləri üzrə köməkçisinin birinci müavini Elis Uels (Principal Deputy Assistant Secretary for South and Central Asian Affairs Alice Wells) iyunun 27-29-da Azərbaycana səfər edəcək.

Məlumatı “Turan” ABŞ Dövlət Departamentinin saytına istinadən yayıb.

Elis Uels iyunun 28-də Bakıda Əfqanıstan üzrə Beynəlxalq Təmas Qrupunun iclasında iştirak edəcək, həmçinin İslam Əməkdaşlıq Təşkilatının yüksək səviyyəli nümayəndələri ilə görüşəcək.

Əfqanıstan üzrə BTQ-nin Bakı görüşündə ümumilikdə ölkələrin və beynəlxalq təşkilatların 90-a yaxın nümayəndəsi iştirak edəcəyi gözlənilir.

Beynəlxalq Təmas Qrupu 2009-cu ildə təsis edilib və Azərbaycan Respublikası daxil olmaqla, 60 dövlət və beynəlxalq təşkilat bu qrupda təmsil olunur.

Beynəlxalq Təmas Qrupu Əfqanıstan və yerləşdiyi regionun inkişafına töhfə verilməsi üçün müzakirələrin aparılmasına xidmət edən platformadır. Əfqanıstanla birlikdə Almaniya Federativ Respublikası Beynəlxalq Təmas Qrupunun həmsədri rolunda çıxış edir.

SİZ DƏ FİKRİNİZİ YAZIN

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

24saat.org@gmail.com
Çəkdiyiniz videoları bu ünvana yollamaqla bizimlə əməkdaşlıq edə bilərsiniz! Telefon - 055 239-48-36
Input your search keywords and press Enter.