2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

ABŞ Dövlət Departamentinin rəsmisi Natiq Cəfərlinin həbsi ilə bağlı bəyanat verdi

ABŞ Dövlət Departamenti sözçüsünün müavini Mark Toner REAL (Respublika Alternativi) Hərəkatının icraçı katıbı Natiq Cəfərlinin həbsilə bağlı bəyanat verib.

Bu barədə Modern.az-a ABŞ-ın Bakıdakı səfirliyindən məlumat verilib. Mark Toner bildirib ki, Azərbaycanda baş verən olaylar Birləşmiş Ştatları narahat edir.

“REAL (Respublika Alternativi) Hərəkatının icraçı katıbı Natiq Cəfərlinin avqustun 12-də həbs olunması xəbəri Birləşmiş Ştatları narahat etmişdir. Həmçinin digər bir neçə fəalın Azərbaycanda həbs olunması bizi narahat etmişdir. Biz Azərbaycan hökumətini fundamental hüquqlardan yararlanmalarına görə həbs olunan fəalları azadlığa buraxmağa və vətəndaşların fundamental hüquqlarına hörmətlə yanaşmağa çağırırıq. Biz Azərbaycan hökumətini, xüsusilə 26 sentyabr konstitusiya referendumu ərəfəsində dövlətin tutduğu istiqamətə dair açıq ictimai dialoqun inkişafına imkan yaratmağa çağırır, konstitusiya dəyişiklərınə dair birgə rəyin alınması üçün onları Venesiya Komissiyası və ATƏT-ın Demokratik Təsisatlar və İnsan Haqqları Ofisinə təqdim etməyə təşviq edirik”, deyə ABŞ rəsmisi bildirib.

Saytların yığılması Saytlarin yigilmasi
Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Back to top button