2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Manşet

ABŞ Dövlət Departamentinin sözçüsü Saleh Rüstəmov üçün azadlıq istədi

ABŞ Dövlət Departamentinin sözçüsü Ned Price siyasi məhbus kimi tanınan Saleh Rüstəmov barədə paylaşım edərək Azərbaycan hakimiyyətinindən onun azad olunmasını istəyib.

24 saat” xəbər verir ki, 11 Dekabr 2021-ci ildə –  aclığının 36-cı günündə Dövlət Departamentinin sözçüsü Ned Price rəsmi twitter mikrobloqundan siyasi məhbus Saleh Rüstəmovun azadlığa buraxılmasını istəyən paylaşım edib.

Paylaşımda bildirilir:

Saytların yığılması Saytlarin yigilmasi

Saleh Rüstəmovun vəziyyətinin pisləşməsi ilə bağlı xəbərlərdən çox narahatıq. Adekvat tibbi yardım ala bilməsi üçün Azərbaycan (hökuməti) onu humanitar əsaslarla azad etməlidir. O, 35 gündür aclıq aksiyası keçirir və həyatını itirmək ərəfəsindədir.

“We are deeply troubled by reports of Saleh Rustamov’s worsening condition. It is urgent that Azerbaijan release him on humanitarian grounds so he can receive adequate medical care. He has been on a hunger strike for 35 days and is close to death.”

 

Xatırladaq ki, Fevralın 27-sində Bakı Ağır Cinayətlər Məhkəməsi Rusiya vətəndaşı Saleh Rüstəmov 7 il 3 ay azadlıqdan məhrum edilməsi haqqında qərar çıxarıb. O, Rusiyada qanunsuz sahibkarlıqla məşğul olmaqda və AXCP-ni maliyyələşdirmək yoluyla çirkli pulları yumaqda ittiham edilib.

Bu cinayət işi üzrə həbs olunan digər şəxslər – AXCP Rəyasət Heyətinin üzvü Aqil Məhərrəmov 4 il, partiyanın Nərimanov rayon şöbəsinin sədr əvəzi Babək Həsənovsa 3 il azadlıqdan məhrum ediliblər. AXCP Gənclər Komitəsinin Məclis sədri Ruslan Nəsirov və Vidadi Rüstəmov şərti azadlığa buraxılıblar.

Saleh Rüstəmov 1992-1993-cü illərdə Gədəbəy rayonunun icra başçısı vəzifəsində çalışıb. O zaman hakimiyyətdə olan Xalq Cəbhəsi sonradan iki siyasi təşkilata bölündü – AXCP və Müsavat Partiyası. 15 iyun 1993-cü ildə Heydər Əliyev hakimiyyətə gələndən sonra hər iki partiya müxalifətə keçdi. Həmin gün hazırda Milli Qurtuluş Günü adlanır və dövlət səviyyəsində bayram edilir.

“24 saat”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button