2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Xəbərlər

ABŞ dövlət katibi ATƏT-in nazirlər toplantısında Qarabağ məsələsini qaldıracaq

Vyana/27.11.21/ Turan: Qarabağ münaqişəsi ABŞ dövlət katibi Entoni Blinkenin gələn həftə ATƏT-in Nazirlər Şurasının iclasında vurğuladığı mövzulardan biri olacaq, Bu barədə Turanın  ABŞ-dakı müxbiri  məlumat verib.

“Dövlət katibi Rusiyanın Ukraynanın şərqində davam edən təcavüzü və Ukrayna və Gürcüstanın suveren ərazilərinin işğalı, Qarabağ münaqişəsi, o cümlədən Belarusdakı hadisələrlə bağlı xüsusi narahatlığını ifadə edəcək”, – deyə ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi  Karen Donfried bildirib.

Dekabrın 1-də Blinken Avropa Şurasının nümayəndələri üçün Stokholma gələcək və orada İsveç rəsmiləri ilə görüşəcək.

Saytların yığılması Saytlarin yigilmasi

“Biz dövlətlər arasında suverenlik və ərazi bütövlüyünə və dövlətlər daxilində əsas müddəalara hörmət edən hərtərəfli təhlükəsizlik konsepsiyasına dəstəyimizi bir daha təsdiq edəcəyik”, – Donfried deyiib.

Birləşmiş Ştatlar Ukrayna ilə sərhədə yaxın qoşunların toplanmasına da cavab vermək niyyətindədir.

“Biz həmçinin bu məsələdə Ukrayna və müttəfiqlərimizlə məsləhətləşmələr aparmağa davam edirik” , – o deyib. -025B-

 

Turan

“24 saat”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button