2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
iqtisadiyyatİqtisadiyyat

ABŞ Dövlət katibi Azərbaycanın missiyası barədə…

ABŞ-ın dövlət katibi Entoni Blinken Türkiyə səfərindn sonra Yunanıstana gedib və orada Azərbaycan qazının Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində əhəmiyyətindən danışıb.

Dövlət katibi Afinada yunan həmkarı ilə keçirdiyi mətbuat konfransında bildirib ki, Yunanıstan-Bolqarıstan qaz kəmərinin işə salınması nəticəsində əvvəllər Rusiya qazından asılı olan Sofiya öz tələbatını Azərbaycan gələn qaz hesabına tam şəkildə ödəyə biləcək.

“Təbii ki, Yunanıstan mənbələrin şaxələndirilməsi və Rusiya qazından asılılığın azaldılması, eləcə də onun daha geniş Avropa enerji bazarına inteqrasiyasının dərinləşdirilməsinə kömək etməklə NATO-ya enerji təhlükəsizliyini gücləndirməkdə kömək edir, – Entoni Blinken bildirib. – Məsələn, Bolqarıstan təbii qaz təchizatında əvvəllər 90 faiz Rusiyadan asılı idi. Yunanıstanla yeni qurulmuş interkonnektor Bolqarıstana bu mənbədən imtina etməyə imkan verir. Nəticədə gələn il ölkə istehlak etdiyi qazın 100 faizini Azərbaycan və ABŞ-dan idxal edəcək”.

Saytların yığılması Saytlarin yigilmasi

Qeyd edək ki, Yunanıstan-Bolqarıstan interkonnektorunun tikintisi uzun illərdir ki, Bolqarıstandakı rusiyapərəst qüvvələr tərəfindən ləngidilir. Amma ötən il ölkədəki qərbyönlü qüvvələrin koalisiyası boru kəmərinin tikintisini sürətləndirmək və Rusiya qazını kəsmək qərarına gəlib. Nəticədə Yunanıstan-Bolqarıstan interkonnektoru 2022-ci il oktyabrın 1-də istifadəyə verilib.

The post ABŞ Dövlət katibi Azərbaycanın missiyası barədə… appeared first on 24 saat.

“24 saat “ABŞ Dövlət katibi Azərbaycanın missiyası barədə…” başlıqlı yazını “Pressklub”a istinadən dərc edib

son xeberler

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button