2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Siyasət

ABŞ dövlət katibindən şok açıqlama: Putin Pandora qutusunu açacaq

Avropa İttifaqı Xarici İşlər Nazirlərinin Brüsseldə keçirilən toplantısında iştirak edən ABŞ dövlət katibi Antoni Blinken Rusiya və Vladimir Putin barədə açıqlamalar verib.

“Biz prezident Putinin seçdiyi müharibə ilə – real insanlar, analar, atalar, uşaqlar üçün ağır nəticələri olan müharibə ilə üz-üzəyik. Televiziyalarda bu görüntüləri görürük və bu vəziyyətə son qoyulmalıdır. “Biz bunu dayandırmaq üçün əlimizdən gələni etməyə qərarlıyıq” deyə bildirib.

“İkinci dünya müharibəsindən sonra biz hamı üçün sülh və təhlükəsizliyi qorumaq üçün prezident Putinin hər gün dəhşətli şəkildə pozduğu prinsipləri əsaslandırdıq. Bunlar başqa bir ölkənin sərhədlərini zorla dəyişdirmək və ya ələ keçirməkdir. Bir ölkənin vətəndaşları öz gələcəkləri ilə bağlı edəcəkləri seçimləri digərinə təlqin edə bilməzlər. Putinin indi etdiyi kimi bu prinsiplərə etiraz etməyə icazə versək, bu, təkcə bizim üçün deyil, bütün dünya üçün Pandora qutusunu açacaq”.

Saytların yığılması Saytlarin yigilmasi

Məlumat üçün bildirək ki, “Pandora qutusu” Yunan mifalogiyasınından götürülüb. Əsatirə əsasən Pandora – yer üzündə ilk yaradılmış qadındır. Qutu isə onun özü ilə birlikdə yerə gətirmiş olduğu bədbəxtliklərlə dolu mücrüyə işarədir.

“24 saat”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button