2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Xəbərlər

ABŞ Dövlət katibinin köməkçisinin müavini Azərbaycan prezidenti ilə görüşüb

Bakı/06.11.21 Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 5-də ABŞ Dövlət katibinin köməkçisinin Qafqaz məsələləri, regional münaqişələr və Cənubi Avropa məsələləri üzrə müavini Erika Olsonu qəbul edib.

Azərbaycan Prezidentinin rəsmi internet saytının məlumatına görə, görüşdə Azərbaycanla-ABŞ arasında diplomatik əlaqələrin qurulmasının gələn il 30 illiyinin qeyd ediləcəyi, iki ölkə arasında uzun və uğurlu tərəfdaşlıq münasibətlərinin olduğu bildirilib, enerji sahəsində səmərəli əməkdaşlığın həyata keçirildiyi, Birləşmiş Ştatların Azərbaycanla əlaqələri genişləndirməkdə maraqlı olduğu vurğulanıb.

Söhbət zamanı regional inkişaf və əməkdaşlıq üçün yeni imkanların olduğu qeyd edilib, əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.

Saytların yığılması Saytlarin yigilmasi

Xatırladaq ki, noyabrın 4-də Dövlət Katibinin köməkçisinin müavini Erika Olson ABŞ-ın Ermənistandakı, Gürcüstandakı və Azərbaycandakı səfirləri Linn Treysi, Kelli Deqnan və Li Litsenbergerin, Qafqazda Danışıqlar üzrə müşavir Andryu Şoferin və USAID təşkilatının administratorunun köməkçisinin müavini Aleksandr Sokolovskinin ABŞ-ın Yerevandakı səfirliyinin ev sahibliyi ilə keçirilən Regional Missiyalarının Rəhbərlərinin görüşündə iştirak edib.

ABŞ-ın Azərbaycandakı Səfirliyinin məlumatına görə, görüşdə ABŞ-ın bölgədə çalışan, həm də Vaşınqtondan gələn rəsmi şəxsləri arasında fikir müdadiləsi aparılıb.

Pandemiyadan öncə ABŞ-ın Bakıdakı və Tiflisdəki səfirlikləri müvafiq olaraq 2018-ci və 2019-cu illərdə bu görüşlərə ev sahibliyi edib.

“Biz Ermənistan, Azərbaycan və Gürcüstanla yaratdığımız diplomatik münasibətlərin 30-cu ildönümünə yaxın olan zamanda regionun daha təhlükəsiz, sabit və firavan gələcəyin qurulması naminə tərəfdaşlığımıza sadiq olduğumuzu yenidən vurğulayırıq,” ABŞ Səfirliyi bildirib.-0-

Turan

“24 saat”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button