2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Siyasət

ABŞ erməni əsirlərin azad edilməsi üçün səyləri davam etdirir – Bayden

Bakı/21.09.21 ABŞ prezidenti Co Bayden Ermənistanın müstəqilliyinin 30 illiyi ilə əlaqədar Ermənistan baş naziri Nikol Paşinyana göndərdiyi təbrik məktubunda Qarabağ münaqişəsinin nizamlanmasına və erməni əsirlərin azad edilməsinə dəstək vəd edib.

“Ermənistan xalqı təhdidlər, o cümlədən Dağlıq Qarabağda hərbi əməliyyatlarla bağlı təhdidlərlə üzləşib, bu da faciəvi itkilərə səbəb olub. Biz erməni xalqının acısına ortaq olaraq, ATƏT-in Minsk Qrupu formatında və digər regional formatlarda regional sabitliyin təmin edilməsi və münaqişənin nizamlanması üçün Ermənistan hökuməti ilə əl-ələ işləyəcəyik”, deyə Bayden təbrik məktubunda qeyd edir.

“ABŞ Azərbaycanda saxlanılan erməni əsirlərin azad edilməsi istiqamətində tədbirləri davam etdirəcək”, deyə Bayden qeyd edib. -02D-

Saytların yığılması Saytlarin yigilmasi

 

Mənbə
“24 saat”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button