2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Dünya

ABŞ Ermənistanda hərbi mərkəz yaradır

ABŞ-ın dəstəyi ilə Ermənistanda hərbçilərin hazırlanması üçün müasir təlim mərkəzi yaradılır.

24saat.org  xəbər verir ki, virtualaz.org-ın xarici mətbuata istinadla vediyi məlumata əsasən, bu barədə Ermənistanın müdafiə naziri Vigen Sarkisyan bildirib.

“Erməni sülhməramlı qüvvələrinin təlim mərkəzi amerikalı tərəfdaşlarımızın dəstəyi ilə yaxın aylar ərzində əsaslı şəkildə təmir ediləcək və yeni görkəm alacaq”, – o deyib.

Saytların yığılması Saytlarin yigilmasi

Nazirin sözlərinə görə, mərkəzdə lazer atıcı trenajorları, kompleks təlim sistemi quraşdırılacaq ki, bunlar da əsgərlər üçün hərbi əməliyyatların tam realistik imitasiyasını yaradacaq.

Sarkisyan qeyd edib ki, mərkəzin təmirindən sonra erməni hərbçilər dünya standartlarına uyğun daha yaxşı şəraitdə təlim keçmək imkanı əldə edəcəklər.

Nazir onu da deyib ki, erməni sülhməramlı qüvvələri 4 ilə yaxın müddətdə Kosovodakı missiyanın tərkibində iştirak ediblər, hazırda isə Əfqanıstanda sülhməramlı əməliyyatda məşğuldurlar.

Bundan əlavə, ABŞ-ın Ermənistandakı səfiri Riçard Millz qeyd edib ki, bu proqram Yerevanla Vaşinqton arasında sıx hərbi əməkdaşlıq çərçivəsində həyata keçirilir.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button