2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Siyasət

ABŞ Ermənistanın aprel məğlubiyyətinin sirrini açdı

Korrupsiya Ermənistanın milli təhlükəsizliyini hədəfə götürüb. Bu, özünü 2016-cı ilin aprel ayında Qarabağda baş vermiş toqquşmalar zamanı açıq göstərdi.

Oxu.Az İstiPress-ə istinadən xəbər verir ki, bu barədə Amerikanın Ermənistandakı səfiri Riçard Milz Ermənistan Ticarət Palatasında çıxışı zamanı bildirib.

Səfirin sözlərinə görə, bu ölkədə korrupsiya o qədər geniş ölçü alıb ki, bu, artıq dövlət təhlükəsizliyi üçün ciddi problemdir və buna görə də ictimai müzakirələrin ana xəttində durmalıdır. 2016-cı il aprelin 1-dən 2-nə keçən gecədən başlayaraq Azərbaycan və Ermənistan silahlı qüvvələri arasında baş vermiş hərbi münaqişə – dördgünlük müharibə zamanı, Azərbaycan Silahlı Qüvvələrinin birləşmələri Goranboy rayonuna və Naftalan şəhərinə təhlükə yarada biləcək Talış kəndi ətrafındakı yüksəklikləri, eləcə də Seysulan məntəqəsini azad edib, Füzuli rayonu istiqamətində yerləşən “Lələ təpə” adlandırılan yüksəkliyə nəzarəti ələ keçiriblər. Döyüşlər nəticəsində Azərbaycan Silahlı Qüvvələri Ağdərə-Madagiz istiqamətində yolların nəzarətdə saxlanılmasını təmin etdi.

Saytların yığılması Saytlarin yigilmasi

Hərbi əməliyyatlar zamanı Azərbaycan Silahlı Qüvvələrinin 88 hərbi qulluqçusu həlak olub, 1 Mi-24 helikopteri vurulub və 1 tank mina partlayışı zamanı sıradan çıxıb. Döyüşlərdə ermənilərə məxsus 30 tank, 15-dək artilleriya qurğusu və möhkəmləndirilmiş mühəndis qurğuları məhv edilib, 320 döyüşçüsü öldürülüb və 500-dən artıq döyüşçüsü yaralanıb.

Amma Ermənistan tərəfi ilk günlərdə bu itkilər barədə susmağa üstünlük verdi. Yalnız Serj Sarkisyan münaqişədən dərhal sonra səfər etdiyi Berlində Azərbaycan tərəfinin güclü olduğunu və müasir ordu qurduğunu etiraf etdi. Lakin sonradan ermənilər bu etirafı unutdular və aprel döyüşlərini erməni xalqının şücaəti kimi təqdim etməyə başladılar.

Aradan keçən 9 aydan sonra ilk dəfə səfir Riçard Milz ermənilərə apreldə ağır məğlubiyyətə uğradıqlarını xatırlatdı. Amma bu çıxışda anlaşılmayan bir məsələ var: Niyə Ermənistan ordusunun işğal edilmiş Azərbaycan torpaqlarından çıxarılması ABŞ diplomatiyası tərəfindən Ermənistan dövlətçiliyinə təhlükə kimi qələmə verilir? Yəni Vaşinqton işğal edilmiş torpaqların Ermənistana verilməsinəmi çalışır? Bəs harada qaldı qərb diplomatlarının ağız dolu danışdığı Helsinki xartiyası və dövlətlərin ərazi bütövlüyü prinsipi? Bu sualları Azərbaycan haqlı olaraq Vaşinqtona ünvanlamalıdır.

 

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button